Britaniya kəşfiyyatının qızıla bərabər gizli sənədləri oğurlanıb

© Sputnik / Dzhastin Griffits-Uillyams / Mediabanka keçidАкция против Brexit в Лондоне
Акция против Brexit в Лондоне - Sputnik Azərbaycan
Abunə olmaq
"CNN" nəşri bildirib ki, itmiş sənədlər Britaniya rəhbərliyinə deyil, podratçılara məxsus olub. Nəşrin əməkdaşları məsələ ilə bağlı Böyük Britaniya XİN-ə müraciət ediblər, lakin qurum məsələni şərh etməkdən imtina edib

BAKI, 28 dekabr — Sputnik. Britaniya kəşfiyyatı “Mi-6”nın Londonda yerləşən mənzil-qərargahında aparılan təmir işlərindən sonra binanın sxemi və təhlükəsizlik sisteminin detallı şəkildə əks olunduğu sənədlər itib.

ABŞ hərbi hava qüvvələrinin RQ-4A Global Hawk kəşfiyyat dronu - Sputnik Azərbaycan
RUSİYA
ABŞ təyyarəsi Rusiya sərhədləri yaxınlığında kəşfiyyat aparıb

Bu barədə Sputnik Azərbaycan Britaniyanın “The Sun” nəşrinə istinadən xəbər verir.
“Bu qədər önəmli sənədləri itirmək böyük məsuliyyətsizlikdir. Bu sənədlər düşmən agentləri və terrorçuları üçün qızıl dəyərindədir”, - deyə “The Sun”a adı çəkilməyən mənbə bildirib.
Məlumata əsasən, məxfi sənədlər təmir işlərinə rəhbərlik edən bəzi şəxslərin giriş imkanına malik olduğu xüsusi şəkildə qorunan otaqda saxlanılmalı imiş. Bəzi sənədlər təmir işlərindən sonra belə tapılmayıb.
“CNN” nəşri isə bildirib ki, itmiş sənədlər Britaniya rəhbərliyinə deyil, podratçılara məxsus olub. Nəşrin əməkdaşları məsələ ilə bağlı Böyük Britaniya XİN-ə müraciət edib, lakin qurum məsələni şərh etməkdən imtina edib.
Təmir işlərini Böyük Britaniyanın ən böyük tikinti qrupu “Balfour Beatty” aparıb. İnsidentdən sonra “Balfour Beatty” ilə olan müqaviləyə xitam verilib.

Xəbər lenti
0