CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda bu mərkəzlərin sayı gələn ildən artacaq

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev 2 saylı DOST mərkəzinin açılışında
Prezident İlham Əliyev 2 saylı DOST mərkəzinin açılışında - Sputnik Azərbaycan
Abunə olmaq
!!!!!!!!!!!!!!!!!!Bakıda ümumilikdə 5 mərkəz, regionlarda isə 26 "A" kateqoriyalı "DOST" Mərkəzi olacaq

BAKI, 28 dekabr — Sputnik. Bakıda üçüncü "DOST" Mərkəzi 2 aydan sonra fəaliyyətə başlayacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

“DOST” mərkəzi, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu ay daha bir DOST Mərkəzi istifadəyə veriləcək

Onun sözlərinə görə, gələn il Quba, Sabirabad, Şəki, Bərdə, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində "DOST" mərkəzlərinin açılması işlərinə başlanılacaq: "Ən azı 6 mərkəzin gələn il istifadəyə verilməsi gözlənilir. Əgər gələn il bu işlərə nail olsaq, onda Azərbaycanın əhali baxımından 60 faizini, ərazi baxımından 40 faizini əhatə etmiş olacağıq".

S.Babayev, həmçinin qeyd edib ki, Bakıda ümumilikdə 5 mərkəz, regionlarda isə 26 "A" kateqoriyalı "DOST" Mərkəzi olacaq.

Xəbər lenti
0