CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

XİN: Qazaxıstanda ölənlər arasında azərbaycanlılar yoxdur

© Sputnik / Timur Batyirshin / Mediabanka keçidКрушение пассажирского самолета в Казахстане
Крушение пассажирского самолета в Казахстане - Sputnik Azərbaycan
Abunə olmaq
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, təyyarədə azərbaycanlılar olması ilə bağlı məlumat daxil olmayıb

BAKI, 27 dekabr — Sputnik. "Ölkəmizin Qazaxıstandakı səfirliyinin verdiyi məlumata əsasən, Almatıda baş verən təyyarə qəzası nəticəsində ölən və xəsarət alanlar arasında azərbaycanlıların olması ilə bağlı hələlik məlumat daxil olmayıb".

Bunu Sputnik Azərbaycan-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Qeyd edək ki, Qazaxıstanın "Bek Air" şirkətinə məxsus təyyarə dekabrın 27-də Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb. Hava gəmisində 95 sərnişin və 5 heyət üzvü olub. Onlardan 15 nəfər ölüb, 66 nəfər xəsarət alıb. Yaralananlardan 50-si xəstəxanaya yerləşdirilib.

Xəbər lenti
0