Qazaxıstanda dəhşətli təyyarə qəzasının ilk görüntüləri yayıldı – VİDEO

© © Committee for Emergency Situations of Ministry of Internal Affairs of Kazakhstan / Mediabanka keçidКрушение пассажирского самолета в Казахстане
Крушение пассажирского самолета в Казахстане - Sputnik Azərbaycan
Abunə olmaq
Məlumatda qeyd olunur ki, insident nəticəsində 10 nəfər hadisə yerində, iki nəfər isə xəstəxanada ölüb

BAKI, 27 dekabr — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almatı yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı 28 dekabrı ölkədə matəm günü elan edib. Bu barədə Sputnik Qazaxıstan məlumat verir.

Qeyd edək ki, "Bu gün "Bek Air" aviaşirkətinin Almatı-Nur Sultan reysi ilə uçan sərnişin təyyarəsi saat 7:05-də (Bakı vaxtı ilə saat 5:05) radarlardan itib. Hadisə baş verən zaman təyyarədə 93 nəfər olub. "Bek Air" aviaşirkətinin bortu aerodrom xaricində yerə düşüb.

Məlumatda qeyd olunur ki, insident nəticəsində 10 nəfər hadisə yerində, iki nəfər isə xəstəxanada ölüb. Qazaxıstanın Baş Nazirinin müavini Roman Sklyar qeyd edib ki, hazırda 49 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 18-nin vəziyyəti ağırdır.

Bu arada internetdə qəzadan dərhal sonra çəkilən və vəziyyəti əks etdirən görüntülər yayımlanıb. Sputnik Qazaxıstan həmin görüntüləri təqdim edir.

Xəbər lenti
0