"Ziddiyyətlər xirtdəyə qədərdir" – politoloq NATO-dakı "çatlar" barədə danışıb

© AFP 2024 / GEOFFROY VAN DER HASSELTСимвол НАТО
Символ НАТО - Sputnik Azərbaycan
Abunə olmaq
Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl NATO-da çox sayda çatların olduğunu deyib. Bu ziddiyyətlərin Qərbin anti-Rusiya kursu ilə əlaqəsi haqqında politoloq Leonid Krutakov Radio Sputnik-in efirində danışıb.

BAKI, 27 dekabr — Sputnik. NATO-da çox sayda çatlar var və zaman keçdikcə onlar dərinləşir. Sputnik Azərbaycan xəbər verir ki bunu Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl RİA Novosti-yə müsahibəsində deyib.

Almaniya mətbuatı ABŞ başda olmaqla, NATO-nun Rusiyaya hücum məşqlərini ifşa edib.  - Sputnik Azərbaycan
VİDEO
NATO yeni ilə Rusiyaya hücumu məşq etməklə başlayacaq

"İttifaqlar müəyyən bir dövrün maraqlarına cavab verir və onlar (maraqlar – red.) yox olanda təşkilatın lazımlığı sualı ortaya çıxır. Düşünürəm ki, NATO-da artıq uzun illərdir bu sualı verirlər. 2002-2003-cü illərə qayıtsaq, görərik ki, İraqdakı müharibənin başlanğıcından qısa müddət əvvəl NATO parçalanmaya yaxın idi. NATO-da o vaxtdan bəri daha da dərinləşən çox sayda çatlar var", - Knaysl deyib.

O, həmçinin Fransa Prezidenti Emmanuel Makronun NATO-nun "beyin ölümü" ilə bağlı fikirlərinə də münasibət bildirib.

"Düşünürəm ki, beyin ölümü adi ölümdən daha da pisdir. Və bu ifadə NATO-nun köhnəlməsi haqqında (ABŞ Prezidenti Donald Trampın söylədiyi – red.) ifadədən daha da pisdir", - Knaysl əlavə edib.

Politoloq, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin siyasi elmlər bölməsinin dosenti Leonid Krutakova görə, Qərb NATO-nun dağılmasının qarşısını almaq üçün Rusiyanı düşmən kimi qələmə verir.

Türkiyə İncirlik bazasını bağlaya bilərmi – politoloq şərhi

"ABŞ bu çatların tektonik qırılmalara çevrilməməsi və NATO-nun dağılmaması üçün hər şeyi edir. Çünki NATO bu gün Avro-Atlantik dünyanın birliyini qoruyan demək olar ki, yeganə mexanizmdir. Rusiyanı niyə düşmən kimi qələmə verirsiniz? Çünki hərbi müdafiəyə ehtiyacın artması üçün həm Avropa İttifaqına, həm də Qərb dünyasının birliyinə xəyali hərbi təhdidlər yaradılmalıdır. Qərbin uzun müddətli konsolidasiyası üçün qlobal terrorizm yetərli olmadı, buna görə də bu rola Rusiyanı irəli sürdülər", - Krutakov Radio Sputnik-in efirində bildirib.

O qeyd edib ki, bununla belə daxili ziddiyyətlər aradan qalxmayıb.

"Çatların və ziddiyyətlərin böyüməsi faktını hətta "Şimal axını-2" layihəsində də görürük – Almaniya qərarlar qəbul edir, Polşa isə Aİ məhkəmələri çərçivəsində onlara maneə törədir. Ziddiyyətlər xirtdəyə qədərdir. Biz onları müharibələr və daimi böhranlar şəklində görürük, lakin hələ ki, onları yalnız Amerikanın xarici siyasətindəki uğursuzluqlar kimi qiymətləndiririk", - Krutakov əlavə edib.

Xəbər lenti
0