CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli parklar ziyarətgaha çevrilib – Turistlərin sayı açıqlandı

© Sputnik / Murad OrujovЯнардаг – "Горящая года"
Янардаг – Горящая года - Sputnik Azərbaycan
Abunə olmaq
Milli parklara gələn turistlərin sayının artmasına səbəb ilk növbədə aparılan təbliğat işləri, eyni zamanda bu ildən milli parklarda müxtəlif yaş qruplarını əhatə edən maraqlı və rəngarəng kütləvi tədbirlərin təşkil olunmasıdır

BAKI, 27 dekabr — Sputnik. Azərbaycanın milli parklarına 2019-cu il ərzində 104 276 turist səfər edib, bunların 93804-ü yerli, 10472-si isə xarici vətəndaş olub. Ötən illə müqayisədə, bu il milli parklara gələn ziyarətçilərin sayında artım müşahidə edilib.

Şirvan Milli Parkı ərazisində ceyran - Sputnik Azərbaycan
CƏMİYYƏT
Milli parklarımız alternativ enerji təminatına keçir

2018-ci ildə ziyarətçilərin sayı 79997 olub. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin sektor müdiri Arzu Səmədova bildirib.

A.Səmədovanın sözlərinə görə, milli parklara gələn turistlərin sayının artmasına səbəb ilk növbədə aparılan təbliğat işləri, eyni zamanda bu ildən milli parklarda müxtəlif yaş qruplarını əhatə edən maraqlı və rəngarəng kütləvi tədbirlərin təşkil olunmasıdır.

O qeyd edib ki, ölkəmizdə 10 milli park fəaliyyət göstərir. Milli parklara səfər etmək istəyənlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet saytının "xidmətlər" bölməsinə daxil olub istədikləri milli parka onlayn şəkildə və ya milli parkların giriş məntəqələrindən bilet əldə edə bilərlər.

Xəbər lenti
0