CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Attestat ala bilməyənlərə son şans

© Facebook / Bakı Şəhəri üzrə Təhsil İdarəsiTam orta təhsil haqqında attestatın alınması, arxiv şəkli
Tam orta təhsil haqqında attestatın alınması, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd -attestat almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

BAKI, 27 dekabr — Sputnik. Dekabrın 27-də Bakı şəhəri üzrə eksternat imtahanları başa çatıb. Sputnik Azərbaycan-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, imtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsini bitirə bilməyən şəxslər iştirak edib.

Paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunan imtahana hər iki səviyyə üzrə 847 nəfər qatılıb. Tam orta təhsil səviyyəsi üzrə eksternlər 2 gün ərzində hərəsində 10 sual olmaqla 11 fənn (Ana dili (təlim dili), ədəbiyyat, riyaziyyat, kimya, fizika, informatika, Azərbaycan tarixi, ümumi tarix, biologiya, coğrafiya və xarici dil) üzrə imtahan veriblər. Ümumi orta təhsil səviyyəsi üzrə isə eksternlər 2 gün ərzində hərəsində 10 sual olmaqla 12 fənn (Ana dili (təlim dili), ədəbiyyat, kimya, fizika, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, xarici dil, informatika, biologiya, coğrafiya və həyat bilgisi) üzrə imtahan veriblər. Hər iki səviyyə üzrə rus bölməsində təhsil almış şəxslər isə əlavə olaraq daha 1 fəndən də (Azərbaycan dili) sınaqdan keçiblər. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Onu da qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Xəbər lenti
0