SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ASAN Xidmət İsrail səfirinin problemini həll etdi – VİDEO

© Sputnik / Murad OrujovЦентр ASAN Xidmət
Центр ASAN Xidmət  - Sputnik Azərbaycan
Abunə olmaq
İsrail səfiri eyni zamanda "ASAN Xidmət"in fəaliyyətini yüksək qiymətləndirib: “Bu, elə məhz innovasiya deməkdir”

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 27 dekabr — Sputnik. Çətinliklə üzləşən İsrailin Azərbaycandakı yeni səfiri Corc Dik problemini ASAN Xidmətdə həll edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat İsrailin Azərbaycandakı səfirliyinin rəsmi səhifəsində yerləşdirilib.

Səfir qeyd edib ki, etimadnaməsinin surətini Azərbaycan Prezidentinə təqdim edib və daha sonra isə işləmək üçün səfirliyə gedib: "Amma onlar məni içəri buraxmaq istəmədilər. Mənə dedilər ki, bu ölkədə kriminal tariximin olmadığını sübut edən sənədi gətirməyənə qədər səfirlikdə işə başlaya bilmərəm. Mən də "ASAN Xidmət"ə gəldim. Görək onlar mənə kömək edə biləcəklərmi?"

İsrail səfiri eyni zamanda "ASAN Xidmət"in fəaliyyətini yüksək qiymətləndirib: "Mən elə indicə Asan Xidmətdə sənədi aldım. İnana bilməzsiniz ki, burada xidmətlər nə qədər asandır. Sizə lazım olan hər şeyi, şəxsiyyət vəsiqəsini, pasport, hətta kinoteatr biletini də bir yerdə əldə edə bilərsiniz. Hamısı sadəcə bir neçə dəqiqə ərzində mümkündür. Bu, elə məhz innovasiya deməkdir. Bu, insanların vaxtına qənaət etmək, az səylə daha səmərəli olmaq və burada yaşayan insanlara xidmət etmək deməkdir. "ASAN" hər gün 3500 azərbaycanlıya xidmət göstərir. Məmnuniyyət dərəcəsi 99 faizdən artıqdır. Və indi mənim işləməyə icazə verən sənədim var və "ASAN" sayəsində işimə qayıda bilərəm".

"Səfir Corc Dik çətinliklə üzləşib və onun inovativ həllini axtarırdı. "ASAN Xidmət" məhz bunu ona verib. İsrail innovasiyalar xalqıdır və biz Azərbaycanlı tərəfdaşlarımızla yeni imkanları yaratmağa davam etməyə hazırıq", - deyə səfirliyin yaydığı məlumatda qeyd olunur.

Xəbər lenti
0