Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

WADA-nın niyyəti: başdan-başa klounada, yoxsa britaniyalıların sui-qəsd nəzəriyyəsi

© AFP 2024 / Marc BRAIBANTЛоготип Всемирного антидопингового агентства, фото из архива
Логотип Всемирного антидопингового агентства, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin vaxt Oyunlara cəmi bir neçə ay qalacaq və idmançılara hələ də bəlli olmayacaq ki, onların dördillik dövrün əsas idman hadisəsində çıxış etmək şansları qalır, ya yox.

Maksim Oqnennı, RİA Novosti

BAKI, 27 dekabr — Sputnik. Hiddətlənmiş ictimaiyyətin Ümumdünya Antidopinq Agentliyinin (WADA) Rusiya idmançılarını Tokioda keçiriləcək 2020 Yay Olimpiya Oyunlarında iştirakdan kənarlaşdırılmasına çağıran son açıqlamalarının təsirindən "uzaqlaşmaq" istədiyi bir vaxtda, xüsusilə müşahidəçi və hər şeylə maraqlanan idman həvəskarları müstəqil bir təşkilatın Rusiyadan olan atletlərə bu qədər sarsılmaz "sevgisinin" səbəblərini ayırd etməyə çalışırlar.

İdman ictimaiyyətinin dünyadakı bu əlbirliklə bağlı ilk versiyaları və baş verənlərin siyasi motivləri kifayət qədər tez bir zamanda çoxsaylı KİV tərəfindən anlaşıldı və izah edildi: yenidən onlara qarşı dayanmağın heç bir mənası yoxdur.

Логотип Всемирного антидопингового агентства, фото из архива - Sputnik Azərbaycan
WADA-nın qərarı AMADA və RUSADA arasındakı əlaqələrə təsir etməyəcək

Son vaxtların ən məşhur versiyalarından biri WADA kimi bir qurumu yaratmağın Böyük Britaniyanın şəxsi marağına xidmət etdiyinə dair fərziyyələrlə bağlıdır! Bəli, nə qədər gözlənilməz görünsə də, belə nəzəriyyələr var. Və bunlar ilk baxışdan kimlərəsə göründüyü kimi mənasız deyillər.

Hər şeydən əvvəl təşkilatın prezidenti Kreyq Rid fiquruna diqqət yetirmək lazımdır. Britaniyalı idman funksioneri, BOK üzvü, Soçi Olimpiadasından bir ay qabaq, 2014-cü ilin əvvəlində WADA-da vəzifə tutub. Kim bilir, bəlkə yeni bir iş yerindəki ilk uğurlarını Rusiyada nümayiş etdirib.

Əgər prezident fiqurunun özü sizin üçün yetərli deyilsə, onda bunu açıq şəkildə etiraf edə, birbaşa desək, ən qeyri-real nəzəriyyəni deyil, bildiyiniz, nadir hallarda yanıldan statistikanı gətirə bilərsiniz.

Beləliklə, aşağıdakı cədvəldə Böyük Britaniyadan olan idmançıların WADA-nın yaranmasından əvvəl və Ümumdünya Antidopinq Agentliyi yarandıqdan sonra 5 Olimpiadada çıxışlarının nəticələri göstərilib. Necə deyərlər, şərh vermək artıqdır.

Логотип Всемирного антидопингового агентства, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Daha bir neçə idmançımız dopinq qurbanı oldu

Əgər WADA-nın qurulmasının növbəti ilindəki 11 qızıl medal hələ də nəzərə çarpmırsa, 2016-cı ildə Rio Oyunlarındakı 27 medal 1996-cı ildə Atlantada keçirilən oyunlardakı bir medalla müqayisədə artıq müəyyən suallar doğurur. Medal hesabındakı yekun yerə diqqət etməmək olmaz. Əgər 2000-ci ilə qədər Böyük Britaniya maksimum 9-cu yeri tuturdusa və bu, uzaq 1980-ci ildə də belə idisə, 2016-cı ildə onlar artıq ikincidir, 2012-ci ildə isə üçüncü yerdə idilər. Digər ölkələrlə müqayisədə hər hansı bir dopinq qalmaqalının minimum səviyyəsini, tam yoxluğunu nəzərə almasaq, sual yaranır - Ümumdünya Antidopinq Agentliyi qərəzli davranmır ki?

Əlbəttə ki, bütün bunlar yalnız təsadüflər və taleyin dönüklüyü də ola bilər, amma adi adamın rusların ünvanına qarşı məntiqsiz və təsdiqlənməmiş sənədli ittihamları fonunda müxtəlif fərziyyələr qurmaqdan başqa çarəsi yoxdur.

Həm Rusiya hakimiyyətinin, həm də Beynəlxalq Olimpiya Komitəsinin və WADA-nın hadisələrin sonrakı inkişafına verdiyi reaksiya o qədər də maraqlı deyil. Bununla yanaşı, hadisələr olduqca sürətlə inkişaf edir və hələ ki, proqnozlaşdırılmayandır.

Rusiya Prezidenti Vladimir Putinin reaksiyasını gözlənilən adlandırmaq olar. Növbəti Olimpiadada öz şərəfini və idmançıların öz bayrağı və himnləri ilə çıxış etmək hüquqlarını qorumaq. Hər şey məntiqlidir. Yalnız bir sual var -bu hüquqları necə müdafiə etmək olar?

Müharibədə bütün vasitələr yaxşıdır. Buna görə də ölkənin Olimpiya və Paralimpiya Komitələri, RUSADA ilə birlikdə müxtəlif konfranslarda, toplantılarda və görüşlərdə məhkəmə iddialarını necə qaldıracaqları və ümumiyyətlə hansı həcmdə qaldıracaqları barədə qərar qəbul edərkən, Rusiya Federasiyasının İstintaq Komitəsi yüksək səslə belə bir bəyanat verdi.

Sənan Şəfizadə - Sputnik Azərbaycan
İdman şərhçisi WADA-nın qərarları barədə: dünyada idmanın inkişafını ləngidəcək

Bəyanatda deyilənə görə, Moskva antidopinq laboratoriyasının keçmiş rəhbəri Qriqori Rodçenkov WADA-ya idmançıların həqiqiliyi yoxlanmamış və sübut edilməmiş alternativ məlumat bazasını verib. Bundan əlavə, İstintaq Komitəsi bəyan edib ki, Rusiya idmançılarının məlumat bazasına ABŞ və Almaniyadan uzaq məsafədən giriş əldə edilib. Bunun köməyi ilə dopinq yoxlamasının nəticələrinə də bəzi dəyişikliklər edilə bilərdi.

WADA-nın İstintaq Komitəsinin məlumatlarına verdiyi şərh gülünc dərəcədə bayağı idi. KİV-dən gələn bütün sorğulara şablon bir cümlə ilə cavab verdilər ki, onlar tərəfdən bütün informasiyalar dekabrın əvvəlində təqdim edilib və əlavə heç bir izahat verilməyəcək. Bu, müttəhim və ya şübhəli şəxsin özünün əleyhinə ifadə verməkdən imtina etdiyi bir vəziyyəti çox xatırladır. Həqiqətən də buna nə deyə bilərik.

Rusiya Federasiyalarının hərəkətlərinə qayıtsaq, onda onlar hələlik ardıcıl və koordinasiya olunmuş kimi görünürlər ki, bu da vacibdir. Rusiya Olimpiya Komitəsi və Rusiya Paralimpiya Komitəsi RUSADA tərəfindən üçüncü şəxs qismində CAS-da (Court of Arbitration for Sport - İdman Arbitraj Məhkəməsi-red.) WADA ilə mübahisəyə girməyə hazırdır. RUSADA-nın son qərarını gözləmək qalır, amma indidən əminliklə demək olar ki, bu qalmaqallı prosesə gələn ilin yazından əvvəl nöqtə qoyulmayacaq. Həmin vaxt isə Oyunlara cəmi bir neçə ay qalacaq və idmançılara hələ də bəlli olmayacaq ki, onların dördillik dövrün əsas idman hadisəsində çıxış etmək şansları qalır, ya yox.

2020-ci ilin yazını gözləmədən, yalnız bir şeyi inamla söyləmək olar. Beynəlxalq Olimpiya Komitəsi öz iradəsi ilə, yaxud da iradəsindən asılı olmayaraq, özəl kommersiya təşkilatından asılılıq baxımından özünü olduqca həssas vəziyyətə salıb. Əgər BOK bütün rusları Oyunlardan kənarlaşdırmaq barədə qərar qəbul etsə, bayraq və himnin istifadəsini qadağan etsə, dünyanın aparıcı idman rəsmiləri çətin ki, nə vaxtsa hansısa tənqidçinin gözünün içinə cəsarətlə baxa biləcək. Çünki onların cavab verməyə heç nəyi olmayacaq.

Xəbər lenti
0