Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Leyla Məmmədova Yeni İl yarmarkalarından danışır

© Facebook / Leyla Mammadova"Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova
Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova - Sputnik Azərbaycan
Abunə olmaq
“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyir ki, yarmarkalar təşkil edilərkən yerli fermerlərə, istehsalçılara hər şey ödənişsiz təqdim edilir
Leyla Məmmədova: “Builki hədəf yerinə yetirilib”

“Biz “Kənddən Şəhərə” qış yarmarkalarını yaradaraq, yerli istehsalçıların məhsullarını sata biləcəkləri platformalar yaratmaq, eyni zamanda bazardakı ümumi ərzaq qiymətlərinə müəyyən qədər təsir göstərməyə çalışırıq”. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib.

Yarmarka çadırları - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ucuz yarmarkaların ünvanları açıqlandı

Onun sözlərinə görə, builki hədəf yerinə yetirilib və yarmarkaların sayı 5-ə çatdırılıb: “Vətəndaşlarımız yarmarkalara gələrək ailə büdcələrinə qənaət etməklə keyfiyyətli yerli məhsullar əldə edə bilərlər. Yarmarkalar təşkil edilərkən yerli fermerlərə, istehsalçılara hər şey ödənişsiz təqdim edilir. Fermerlərin logistika və anbar sıxıntıları olarsa, bizə müraciət edə bilərlər”.

Qeyd edək ki, dekabrın 21-dən 30-dək Bakı və Abşeronda Yeni il bayram yarmarkaları keçirilir. Yarmarkalar Nərimanov, Binəqədi, Yasamal, Suraxanı və Abşeron rayonlarında fəaliyyət göstərir. "Kənddən Şəhərə" qış yarmarkalarında yaradılan şərait və görülən işlərə ictimai nəzarət məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin, "Aqrar Tədarük və Təchizat" ASC-nin və yarmarkaların təşkil edildiyi rayon icra hakimiyyətlərinin rəhbər şəxsləri yarmarkaları ziyarət ediblər.

Leyla Məmmədovanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0