CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İyirmi min mükafat veriləcək şəxslər belə seçiləcək

© AR Ministry of EducationЭкзамен для учителей
Экзамен для учителей - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu müsabiqədə iştirak edən gənc iki il hansısa dövlət qurumunda idarəçi kimi işləməlidir. Əsasən hansısa layihələr həyata keçirən, tələbə təşkilatlarında idarəedici qabiliyyəti ilə seçilən gənclər də bu tələbə uyğundur"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 dekabr — Sputnik. Azərbaycanda bu gündən "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib. Müsabiqədə iştirakla bağlı tələblərdə qeyd edilən şərtlərdən biri də iki il idarəçilik qabiliyyəti ilə bağlıdır. Təzad yaradan məsələ isə müsabiqədə iştirak üçün qoyulan minimum yaş həddinə iki il idarəçilik təcrübəsinin tələb olunmasıdır. 21 yaşı olan gənclərin iki il idarəçilik təcrübəsinin olması real deyil.

Direktor müavini olmaq istəyənlər imtahan zamanı - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Yüksəliş" müsabiqəsinin məqsədi açıqlandı

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, idarəçiliklə bağlı iki il təcrübə tələbi həmin şəxslərdən rəsmi iş stajı tələb etmir: "Müsabiqədə iştirak edənlər iki il idarəçilik təcrübəsi tələbindən qorxmasınlar. Bu o demək deyil ki, bu müsabiqədə iştirak edən gənc iki il hansısa dövlət qurumunda idarəçi kimi işləməlidir. Əsasən hansısa layihələr həyata keçirən, tələbə təşkilatlarında idarəedici qabiliyyəti ilə seçilən gənclər də bu tələbə uyğundur".

F.Əliyeva bildirib ki, "Yüksəliş" müsabiqəsi Azərbaycanda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar kursunun bir halqasıdır: "Azərbaycanda idarəçilik vərdişləri olan və öz potensialına inanan hər kəs bu müsabiqədə iştirak edə bilər. Müsabiqə Azərbaycanda kadrların bilik və bacarıqlarının inkişaf etməsinə mühüm töhfə verəcək".

F.Əliyeva müsabiqədə qalib olan şəxslərin idarəedici işlərdə çalışa bilməsi üçün onların adının kadr bankına daxil ediləcəyini söyləyib. O bildirib ki, həmin şəxslər dövlətin nəzərində olacaq.

“Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başladı

Qeyd edək ki, bu gündən "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib.

"Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis edilib. Müsabiqənin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi də yaradılıb. Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb.

100 manatlıq əskinazlar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda yeni müsabiqə üçün milyon manat ayrıldı - SƏRƏNCAM

Müsabiqədə qeydiyyat mərhələsi bitənədək 21-51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. İdarəetmə təcrübəsi dedikdə, mülkiyyət formasından asılı olmayaraq işlədiyi qurumda rəhbərlik mövqeyində praktiki təcrübəyə malik, bir və ya daha çox insanın, layihə qruplarının, resursların, podratçıların və digərlərin idarə olunması nəzərdə tutulur.

Müsabiqənin yekunlarına əsasən, qalib elan edilmiş 20 iştirakçıya müvafiq təlim proqramından keçmək üçün 20 min manat məbləğində qrant təqdim olunacaq. Bundan başqa, onlar idarəedici kadr heyətinin inkişafına dair proqramlara və İdarəçi rəhbərlərin iştirakı ilə mentorluq proqramına qoşulmaq imkanı qazanacaqlar. Qaliblərin adları yaradılacaq kadr ehtiyatı bankına daxil ediləcək.

Xəbər lenti
0