Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova sarı gödəkçədə brifinq keçirdi: "Bu, əsl qısnamadır"

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidОфициальный представитель Министерства иностранных дел России Мария Захарова во время брифинга в Москве
Официальный представитель Министерства иностранных дел России Мария Захарова во время брифинга в Москве - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Tallində yaranmış vəziyyəti şərh edərkən deyib ki, Sputnik Estoniya-nın əməkdaşları nə qanunları pozublar, nə də ki peşə etikasını

BAKI, 26 dekabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Estoniya hakimiyyətinin Sputnik Estoniya-nın əməkdaşlarına qarşı hərəkətlərini "qısnama" adlandırıb.

"Bu hazırda təkcə Sputnik Estoniya-ya qarşı deyil, onun işə çıxan hər bir əməkdaşına qarşı qısnamadır, əsl qısnamadır və bu, yolverilməzdir. Üzərinə Sputnik yazılmış bu gödəkcələri geyindiyiniz kimi, özünüzü də onların yerinə qoyun. Görün bayrama hazırlaşmaq və eyni zamanda öz vəzifələrini keyfiyyətli yerinə yetirmək əvəzinə, nə olduqları ölkənin qanunlarını, nə də peşə etikası ilə bağlı heç bir qanunu pozmadan, bir daha qeyd edirəm, heç bir qanunu pozmadan gələcək barəsində düşünən bu əməkdaşların yerində olmaq necədir?" - əyninə Sputnik-in emblemi olan sarı gödəkçə geyinərək Sputnik Estoniya-ya dəstək fləşmobuna qoşulan Zaxarova keçirdiyi ənənəvi brifinq zamanı deyib.

"Rossiya seqodnya" BİA-nın icraçı direktoru Kirill Vışinski daha əvvəl Sputnik Estoniya-ya dəstək fləşmobu təşkil edib. #СпутникСила adlı fləşmobun simvolu üzərində ingilis dilində "Got You Covered!" ("Güvəndəsən!") sözləri yazılan sarı rəngli ağırlıq daşı və sarı gödəkçə olub.

Aksiyaya artıq RF Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin üzvü Yevgeni Primakov, Milli Dəyərlərin Qorunması Fondunun, Rusiya Federasiyası İctimai Palatasının İnformasiya ictimaiyyətinin, kütləvi informasiya vasitələrinin və kütləvi kommunikasiyaların inkişafı üzrə Komissiyasının rəhbəri Aleksandr Malkeviç qoşulublar.

“Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov - Sputnik Azərbaycan
RUSİYA
Kiselyov: "Sputnik Estoniya ilə bağlı vəziyyət təhlükəli presedent yaradır

Estoniya hökuməti Sputnik Estoniya-nın əməkdaşlarını əgər 1 yanvar 2020-ci il tarixinə qədər "Rossiya seqodnya" BİA-da iş fəaliyyətlərini dayandırmasalar, cinayət məsuliyyətinə cəlb etməklə hədələyir. "Sputnik Estoniya-nın əməkdaşları ölkənin Polis Departamenti və Sərhəd Mühafizəsinin rəhbərliyindən 1 yanvar 2020-ci il tarixinə qədər "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyi ilə işləməyi dayandırmasalar, onlara qarşı cinayət işinin başlanacağı ilə bağlı təhdidlərlə dolu məktub alıblar. Bu hərəkətlərin səbəbi olaraq, Avropa İttifaqı tərəfindən 17 mart 2014-cü ildə Ukraynadakı hadisələr fonunda bir sıra fiziki və hüquqi şəxslərə qarşı tətbiq olunan sanksiyalar göstərilir.

Rusiya Prezidenti Vladimir Putin Sputnik Estoniya ətrafında yaranan vəziyyəti şərh edərkən bildirib ki, Rusiya hakimiyyəti Sputnik-in digər ölkələrdəki fəaliyyətini dəstəkləmək üçün lazım gələn hər şeyi edəcək.

Moskvadakı yüksək vəzifəli mənbə daha əvvəl RİA Novosti-yə bildirmişdi ki, Estoniya hakimiyyətinin hərəkətlərinin ingilis kuratorları ilə əlaqəsi var. Bu, Rusiyadakı Britaniya KİV-lərinə qarşı yaxın gələcəkdə görüləcək simmetrik tədbirlər zamanı nəzərə alınacaqdır.

Xəbər lenti
0