SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Parlament seçkilərində iştirak edəcək siyasi partiyaların sayı artdı

© Sputnik / Murad OrujovГолосование на выборах президента Азербайджана
Голосование на выборах президента Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında daha üç partiyanın – Vətəndaş və İnkişaf Partiyası, Vahid Azərbaycan Partiyası və Müsavat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıblar

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 26 dekabr - Sputnik. Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 20-yə çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında daha üç partiyanın – Vətəndaş və İnkişaf Partiyası, Vahid Azərbaycan Partiyası və Müsavat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıblar.

Qeyd edək ki, bundan əvvəl 19 siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının, Ümid Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının, Vahid Azərbaycan Partiyasının, Ana Vətən Partiyasının, Azərbaycan Təkamül Partiyasının, Müsavat Partiyasının, Azərbaycan Sosial Rifah Partiyasının, Vəhdət Partiyasının, Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyasının və Müasir Müsavat Partiyasının nümayəndələri qeydə alınmışdılar.

Xəbər lenti
0