BAKI, 26 dekabr — Sputnik. İsrailin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Corc Dik Bakıda zeytun ağacı əkib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin sosial şəbəkəsində məlumat yayılıb.
"To plant trees is to invest in the future"
— Israel in Azerbaijan (@IsraelinAZ) December 26, 2019
After presenting credentials Ambassador @GeorgeDeek planted an olive tree - to symbolize a future of growth, hope and peace for the relations between Israel and Azerbaijan.
Thank you #GrandAgro for the opportunity. pic.twitter.com/YwDqv2mTwf
"Ağac əkmək - gələcək üçün sərmayə yatırmaq deməkdir. Və heç bir şey zeytun ağacından daha çox ümid və sülhün gələcəyini simvollaşdırmır. İnanıram ki, bu zeytun ağacı yüz və min illər boyunca yaşadığı kimi, Azərbaycan xalqı ilə İsrail xalqı arasındakı dostluq da əbədi çiçəklənəcəkdir", - deyə etimadnaməsi Prezident İlham Əliyev tərəfindən dünən qəbul edilən səfir bildirib.