“Verilən tapşırıqlara zidd hərəkət edən məmurlar bundan sonra da çox sərt şəkildə cəzalandırılacaqlar”. Bu sözləri yerli televiziya kanallarına verdiyi müsahibədə Prezident İlham Əliyev deyib.
Siyasi ekspert Aydın Quliyev Sputnik Azərbaycan-a deyir ki, Prezident bu fikirləri ilə ölkədə aparılan islahatlarla bağlı bitkin və davamlı platforma ortaya qoydu:
“O, icra başçıları ilə bağlı barışmaz, kompramissiz mövqeyini ifadə etdi. Prezident vəzifəsində nöqsanlara yol vermiş icra başçılarını ifşa etdi, eyni zamanda yeni təyin olunmuş rəhbərlərə hansı formada fəaliyyət göstərməli olduqları ilə bağlı təlimat verdi. Bu, Prezidentin icra başçıları ilə bağlı məsələyə dərindən bələd olmağının əlamətidir”.
Aydın Quliyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz