Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Gələn il Azərbaycan iqtisadi artıma görə möhtəşəm nəticə əldə edəcək

© pixabay / edarКалькулятор и ручка, фото из архива
Калькулятор и ручка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkədə sahibkarlığın inkişafı ilə bağlı aparılan islahatlar, eləcə də idarəetmə islahatları, inqilabi sosial paket, dünya bazarlarında neftin əlverişli qiymətləri və qeyri-neft sektoruna yatırılan sərmayelərin artımı iqtisadi böyüməni sürətləndirir

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 dekabr — Sputnik. "2019-cu ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı son 5 ildə ilk dəfə 2 faizi ötüb, qeyri-neft ÜDM-nin artımı isə 3,5 faiz təşkil edərək dünya üzrə iqtisadi artım tempindən çox olub".

Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Yeni Azərbaycan Partiyasında keçirdiyi mətbuat konfransında deyib.

O vurğulayıb ki, ölkədə sahibkarlığın inkişafı ilə bağlı aparılan islahatlar, eləcə də idarəetmə islahatları, inqilabi sosial paket, dünya bazarlarında neftin əlverişli qiymətləri və qeyri-neft sektoruna yatırılan sərmayelərin artımı iqtisadi böyüməni sürətləndirir: "2019-cu ilin ilk 11 ayında iqtisadiyyatın əsas drayverləri üzrə artım qeyri-neft sənayesində 13,9 faiz, bitkiçilikdə 11,3 faiz, informasiya və rabitə xidmətlərində 15,9 faiz, turizmdə (turistlərin say artımı) 11,1 faiz artım olub.

İqtisadi artımın 2020-ci ildə son 6 il ərzində ilk dəfə 3 faizə çatması, 2021-ci ildə 3,7 faiz, 2022-ci ildə 3,1 faiz və 2023-cü ildə 3,2 faiz olması proqnozlaşdırılır. Azərbaycanın ticarət tərəfdaşları olan ölkələrdə iqtisadi artımın orta hesabla 2019-cu ildə 1,3 faiz, 2020-ci ildə isə 2,5 faiz (qeyri-neft ixrac çəkili) olacağı proqnozu və neftin qiymətinin makroiqtisadi proqnozlarda nəzərdə tutulduğundan artıq olması da aparılan islahatlarla birlikdə Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcək".

Xəbər lenti
0