CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda qastronomiya turizmi: bu gün və sabah

© Sputnik / Murad OrujovСтол с блюдами азербайджанской кухни, архивное фото
Стол с блюдами азербайджанской кухни, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Yerli aşpazlar belə gözəl dadları əldə etmək üçün heç də ekzotik deyil, tamamilə adi və ucuz ərzaqlardan istifadə edirlər. Bəs, onlar adi ərzaqlardan kulinariya sənətinin şah əsərlərini yaratmağı necə bacarırlar?

BAKI, 26 dekabr — Sputnik. Təcrübəli səyyahlar deyirlər: milli mətbəx ölkə haqqında onun istənilən muzeyindən daha çox şey deyəcək. Bu, mübahisəli fikir olsa da, həqiqət payı çoxdur. Dadlı, ətirli yeməklərdən və nəfis içkilərdən dadaraq bir regionun, yaxud ölkənin ənənələri ilə tanış olmaq məmnunluq doğurur.

“Sitrus vadisi” aqroturu  - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycanın sitrus vadisi braziliyalıları valeh etdi - FOTO

Azərbaycan mətbəxini əfsanəvi adlandırmaq olar. Azərbaycan evlərindəki, kafe və restoranlarındakı masalar sanki heç bir qurmanın yanından sakit və laqeyd keçə bilməyəcəyi yeməklərlə doldurulur - ləzzətli ətirlər, parlaq rənglər, incə balanslı dad. Yerli aşpazlar belə gözəl dadları əldə etmək üçün heç də ekzotik deyil, tamamilə adi və ucuz ərzaqlardan istifadə edirlər. Bəs, onlar adi ərzaqlardan kulinariya sənətinin şah əsərlərini yaratmağı necə bacarırlar? Qastronomiya turizmi milli turizmin inkişafına necə təsir edir?

Bu və digər suallara dekabrın 28-də saat 11:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində "Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək" İctimai Birliyinin təsisçisi Fəxrəndə Həsənzadə, həmtəsisçisi Kəmalə Məmmədova və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov cavab verəcək.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzi

Xəbər lenti
0