CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qış Bakını unudub

© Sputnik / Murad OrujovРассвет в Баку
Рассвет в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Dekabrın 26-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir

BAKI, 25 dekabr — Sputnik. Dekabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 13-17, Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və axşam bəzi şimal və qərb rayonlarında yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 10-15, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz: dekabrın 26-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti
0