Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İrandan narkotik gətirmək istəyən qadın saxlanılıb

© Sputnik / Anar MustafayevДевушка в наручниках, фото из архива
Девушка в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı saxlanılan şəxs barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.

BAKI, 25 dekabr — Sputnik. İrandan Azərbaycana bədəninin daxilində və ayaqqabısının dabanında narkotik vasitə keçirən qadın saxlanılıb. 

Əvvəllər məhkum olunmuş Teymur Baxşiyev - Sputnik Azərbaycan
HADİSƏ
Başqasının əmlakını girov götürən narkotik alverçisi tutulub
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, əldə edilən əməliyyat məlumatı əsasında paytaxt sakini İlhamə Kərimova metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında polislər tərəfindən saxlanılıb. Onun üzərinə baxış zamanı ümumi çəkisi 333,296 qram olan narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.

Araşdırma zamanı İlhamə Kərimova narkotik vasitəni bir müddət əvvəl İrandan Azərbaycana bədəninin daxilində və ayaqqabısının dabanında gizlədərək gizli yolla gətirdiyini etiraf edib.

Faktla bağlı saxlanılan şəxs barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti
0