CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram günlərində qatarların hərəkət cədvəli bəlli oldu

Abunə olmaq
Bayram və istirahət günlərində sərnişinlərin Bakıdan Tbilisiyə və geriyə daşınması üçün dekabrın 27, 28, 29, 30-da və yanvarın 01, 02, 03, 04-də xəttə əlavə qatarlar qoşulacaq

BAKI, 25 dekabr — Sputnik. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2020-ci təqvim ili ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyi şöbəsindən məlumat verilib.

Bildirilib ki, bayram və istirahət günlərində sərnişinlərin Bakıdan Tbilisiyə və geriyə daşınması üçün dekabrın 27, 28, 29, 30-da və yanvarın 01, 02, 03, 04-də xəttə əlavə qatarlar qoşulacaq. Həmçinin Tbilisidən geriyə qayıdan sərnişinlər üçün 28, 29, 30, 31- i dekabr və 01, 02, 03, 04, 05 yanvar tarixlərində Bakı-Tbilisi-Bakı beynəlxalq qatarının tərkibinə vaqonlar əlavə ediləcək.

Автобусы, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yeni il üçün yol biletləri nə zaman satışa çıxarılacaq?

Belə ki, dekabrın 27, 28, 29-u və yanvarın 01-də qatar 10-15 vaqonla yola düşəcək. Hər reysdə 400-600 sərnişinin daşınması nəzərdə tutulur. Dekabrın 30-da isə Bakı-Tbilisi qatarı maksimum sayda - 22 vaqonla təxminən 860 sərnişinlə hərəkət edəcək.

Geriyə Tbilisidən sərnişin axını əsasən 02, 03, 04 və 05 yanvar 2020-ci il tarixlərində gözlənilir.

Respublika daxilində sərnişin sıxlığının artdığını nəzərə alaraq, yerli istiqamətdə sərnişinlərin daşınmasını təmin etmək məqsədilə dekabrın 27-dən, 04 yanvar tarixi daxil olmaqla Bakı-Böyük Kəsik sürət və Bakı-Balakən-Bakı sərnişin qatarlarına əlavə plaskart tipli vaqonlar qoşulacaq.

Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədilə, dekabrın 31-də Bakıdan həmin marşrut üzrə bir əlavə reys təyin ediləcək. Saat 8:00-da Bakıdan yola düşəcək qatar saat 11:45-də Gəncəyə çatacaq. Saat 16:00-da isə Gəncədən yola düşəcək və saat 19:45-də Bakıda olacaq.

Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarına biletlər 10 gün, beynəlxalq istiqamətə isə 30 gün əvvəldən satışa çıxarılır. Əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.

Xəbər lenti
0