Çindən ağlasığmaz qərar – Quran və İncil dəyişdirilir

© Sputnik / Murad OrujovМужчина читает Коран
Мужчина читает Коран - Sputnik Azərbaycan
Abunə olmaq
Bu qərar noyabrda Çində etnik və dini məsələlərə nəzarət edən Çin Xalq Siyasi Məsləhətləşmələr Assosiasiyası Milli Komitəsinin Etnik və dini işlər üzrə Komitəsi tərəfindən keçirilən iclasda verilib

BAKI, 25 dekabr — Sputnik. Çində səmavi dinlərin müqəddəs kitabları olan İncil və Quran yenidən yazılacaq. Sputnik Azərbaycan "Dailymail"ə istinadən xəbər verir ki, bu müqəddəs kitablarda "sosialist dəyərlər" əks olunacaq.

Partiyadan olan yüksək vəzifəli mənbə "Dailymail"ə açıqlamasında bildirib ki, yeni nəşrlərdə Kommunist Partiyasının ideyalarına zidd olan hər hansı bir fikir yer almayacaq. Belə ki, senzuranın yanlış hesab etdiyi hissələr düzəldiləcək və ya yenidən tərcümə olunacaq.

Çin Xalq Respublikasının Sədri Si Cinpin   - Sputnik Azərbaycan
SİYASƏT
"Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm" - Çin lideri

Düzdür, partiyanın qərarında konkret olaraq İncil və Quran kitablarının adı çəkilməsə də, Kommunist Partiyası "hazırkı dövrün inkişafı ilə səsləşməyən dini klassika hissələrinin yenidən hərtərəfli şəkildə qiymətləndirilməsinə" çağırıb.

Məlumatda qeyd olunur ki, bu qərar noyabrda Çində etnik və dini məsələlərə nəzarət edən Çin Xalq Siyasi Məsləhətləşmələr Assosiasiyası Milli Komitəsinin Etnik və dini işlər üzrə Komitəsi tərəfindən keçirilən iclasda verilib.

Ümumilikdə iclasda Çin Kommunist Partiyasının Mərkəzi Komitəsindən olan 16 mütəxəssis, inanclı və fərqli dinlərin nümayəndələrindən ibarət qrup konfransda iştirak edib.

Görüş Çin Xalq Siyasi Məsləhətləşmələr Assosiasiyasının sədri Van Yanqın nəzarəti ilə keçirilib.

Van Yanq din xadimlərinin Çin Xalq Respublikasının sədri Si Cinpinin göstərişlərinə əməl etməli və fərqli dini ideologiyaları "Sosializmin əsas dəyərləri" və "dövrün tələblərinə" uyğun olaraq yaymalı olduqlarını bildirib.

Görüş iştirakçıları Vanın göstərişləri ilə razılaşıb və əlavə ediblər ki, bu, "tarixin seçimidir".

Onlar, həmçinin bildiriblər ki, dini kitabları "təkamül" etməklə onlar "ekstremist ideyaların" qarşısını alacaqlar.

Xəbər lenti
0