BAKI, 25 dekabr — Sputnik. Dekabrın 23-də keçirilən bələdiyyə seçkisində qalib gələn qadınların sayı 5882 nəfər təşkil edib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Komitənin məlumatına əsasən, Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən bu ilki bələdiyyə seçkisində seçilən qadınların sayı ümumi qalib gələn namizədlərin 38.81 faizini təşkil edib: “Son illər qadınların cəmiyyətdə sosial, siyasi, mədəni və digər sahələrdə təmsilçiliyinin artırılması məqsədiylə dövlətin uğurlu siyasəti həyata keçirilir. 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində qadınlar 4 faiz təşkil edirdisə, 2009-cu ildə 26.7 faiz təşkil edirdi. 2014-cü ildə isə 35 faiz seçilmişdi. Azərbaycan tarixində ilk dəfədir ki, seçkili orqanlarda qadınların təmsilçiliyi 39 faizə qədər yüksəlib”.
Məlumata görə, seçilən kişilərin sayı isə 9272 nəfərdir. Əvvəlki seçkilərlə müqayisədə bu Azərbaycan tarixində ilk belə göstəricidir.