CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fransızların ən nəfis yeməkləri üçün ərzağı Azərbaycandan aparacaqlar

© pixabay / 4924546Qurbağa
Qurbağa - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan başqa, heyvan dərisinin və yunun Avropa İttifaqına ixracı ilə bağlı AQTA ilə Aİ-nin qida təhlükəsizliyinə cavabdeh orqanı arasında danışıqlar aparılır

BAKI, 25 dekabr — Sputnik. Azərbaycan sahibkarlarının müraciətləri əsasında Avropa ölkələrinə ilbiz və qurbağa ayaqları ixrac ediləcək. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov deyib.

O, bundan başqa, bildirib ki, çoxsaylı müraciətləri nəzərə alaraq, Avropa İttifaqı ilə bu iki yeni məhsulun ixracı ilə bağlı danışıqlara başlanılıb: "Son illər Azərbaycanda arıçılığın da geniş inkişaf etdirilməsi, bal istehsalının həcminin artması, bu məhsulun ixracının artımında da müsbət dinamika yaradıb. Bu bizə Avropa İttifaqı ölkələrinə bal ixrac etməyə əsas verdi. Sahibkarlar artıq potensial alıcıları müəyyənləşdiriblər".

"Bundan başqa, heyvan dərisinin və yunun Avropa İttifaqına ixracı ilə bağlı Agentliklə Aİ-nin qida təhlükəsizliyinə cavabdeh orqanı arasında danışıqlar aparılır və proses başa çatdıqdan sonra artıq bu məhsulların da Avropa İttifaqı ölkələrinə ixracına icazə veriləcək", - deyə E.Mikayılov əlavə edib.

Xəbər lenti
0