BAKI, 25 dekabr — Sputnik. Almanların əksəriyyəti (84%), italyanlar (78%), fransızlar (75%), həmçinin britaniyalıların yarıdan çoxu (68%) yaxın gələcəkdə Avropa İttifaqı ilə Rusiya arasında münasibətlərin yaxşılaşmasını istəyir.
Sorğu Sputnik.Rəy layihəsi çərçivəsində "IFop" şirkəti tərəfindən Sputnik İnformasiya Agentliyi və Radiosu üçün keçirilib.
Bu dörd ölkənin hamısında kişilər qadınlardan daha çox Rusiya ilə Aİ arasındakı münasibətlərə "mülayim" yanaşıblar. Sözügedən ölkələrdə gənc nəsil, eləcə də təhsil səviyyəsi orta olan insanlar daha çox münasibətlərin yaxşılaşmasının əleyhinədirlər.
Yeri gəlmişkən, sorğunun nəticələri göstərir ki, Böyük Britaniyada "Brexit" Partiyasının və Mühafizəkarlar Partiyasının tərəfdarları Liberal-demokratların, Leyboristlərin və "Yaşıllar" Partiyasının tərəfdarlarından daha çox Rusiya ilə Avropa İttifaqının münasibətlərinin normallaşmasına qarşı çıxırlar. İtaliyada isə "İtaliya, İrəli" partiyasının tərəfdarları digər siyasi partiyaların tərəfdarlarına nisbətdə daha çox bunun əleyhinədirlər.
Sorğu 2-15 oktyabr 2019-cu il tarixlərində ictimai rəyin öyrənilməsi ilə məşğul olan Fransanın qocaman şirkətlərdən biri "IFop" tərəfindən keçirilib. Sorğuda 18 yaşdan yuxarı 4 012 respondent iştirak edib. Respondentlər yaşına, cinsinə və yaşadığı əraziyə görə seçiliblər. Rəy sorğusunda maksimum yanılma ehtimalı ümumilikdə +/-3,1% təşkil edir, etibarlılıq dərəcəsi 95%-dir.
Sputnik.Rəy layihəsi haqqında
İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri "Populus", "IFop" və "Forsa" çıxış edir. Sputnik.Rəy layihəsi çərçivəsində mütəmadi olaraq Avropa və ABŞ-da ən aktual sosial və siyasi məsələlər üzrə sorğular keçirilir.
Sputnik Azərbaycan 2015-ci ilin may ayından ölkəmizdə fəaliyyətə başlayıb. Agentlik Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və yüksək texnologiyalı multimedia mərkəzinə malikdir. Agentliyin internet portalı ölkənin ən çox oxunan KİV-nin TOP-5-liyinə ("LiveInternet"-in 25 fevral 2019-cu il tarixinə olan məlumatına görə) daxildir.
Sputnik Azərbaycan onlarla ölkədə informasiya və multimedia bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkibinə daxildir. Sputnik 33 dildə ölkə və regional multimedia resursu və internet saytları, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirən, rus, ingilis, fransız və digər dillərdə dünyanın 90 şəhərində analoq və rəqəmsal radioyayım edən nəhəng KİV-lərdən biridir. Sputnik xəbər lenti bütün dünya üzrə aparıcı nəşrlərə sutka boyu ingilis, ərəb, ispan, çin və fars dillərində informasiya göndərir.
Sputnik-in informasiya resurslarının auditoriyası ayda 60 milyon ziyarətçidən ibarətdir, Veyboda Sputnik China hesabının abunəçilərinin sayı 10,5 milyonu aşır. Pekindən Montevideoya qədər bütün dünyadakı 22 redaksiya mərkəzində onlarla millətin minlərlə nümayəndəsi çalışır. Sputnik "Rossiya Seqodnya" mediaqrupuna daxildir. Sputnik-in baş ofisi Moskvada yerləşir.