Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Heç vaxt fikirləşməzdim ki, onlar bu cür qərar verə bilərlər - Lavrov

© AFP 2024 / Yuri KADOBNOVSergey Lavrov
Sergey Lavrov - Sputnik Azərbaycan
Abunə olmaq
"Sanksiyalara cavab verəcəyik, amma bunu elə edəcəyik ki, özümüzə də zərər vurmayaq" - Rusiya XİN rəhbəri

BAKI, 22 dekabr — Sputnik. Rusiya ABŞ-ın yeni sanksiyalarına, o cümlədən "Şimal axını-2" layihəsinə dair mümkün məhdudlaşdırmalara cavab verəcək.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib. 

Встреча министра иностранных дел России Сергея Лаврова и президента США Дональда Трампа - Sputnik Azərbaycan
RUSİYA
Lavrov Trampı təriflədi

Vaşinqton "Şimal axını-2" və "Türk axını" boru kəmərlərinin inşası ilə məşğul olan şirkətlərdən işi dərhal dayandırmağı tələb edib. "Allseas" şirkəti artıq bu əmrə tabe olub. Buna rəğmən Almaniya hökuməti bildirib ki, "alman və avropa şirkətlərinə qarşı yönələn bu cür eksterritorial sanksiyaları inkar edir".

"Sanksiyalara cavab verəcəyik, amma bunu elə edəcəyik ki, özümüzə də zərər vurmayaq. Əlbəttə ki, münasibətlərin qurulmasında bütün bunları nəzərə alacağıq", - Lavrov Birinci kanalda yayımlanan "Böyük oyun" verilişində deyib.

Nazirin sözlərinə görə, ABŞ-ın yeni mümkün sanksiyaları onun üçün "çətin başa düşülən vəziyyətdir", çünki konqresmenlərin, Nümayəndələr Palatasının üzvlərinin, senatorların, xüsusilə də ABŞ-ın Demokratlar Partiyasından olanların əksəriyyətini bilavasitə, bəzilərini isə qiyabi tanıyır. 

"Heç vaxt fikirləşməzdim ki, siyasətçilər ciddi insanlara şərəf gətirməyən bu cür qərar verə bilərlər", - Rusiya XİN başçısı vurğulayıb.

Xəbər lenti
0