CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"ASAN xidmət" bu günlərdə işləməyəcək – İşinizi vaxtında görün

Abunə olmaq
6 yanvar tarixindən etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər

BAKI, 25 dekabr — Sputnik. "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində iş qrafiki açıqlanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar 31 dekabr – 5 yanvar tarixində "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq. 6 yanvar tarixindən etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə 31 dekabr – 6 yanvar tarixində Azərbaycanda qeyri-iş günləridir.

Xəbər lenti
0