Fikrət Sadıxov: “Əlaqələrimizin əhəmiyyəti prezidentlərin görüşündə təsdiqini tapır”
“Azərbaycan-Rusiya münasibətləri yüksək inkişaf səviyyəsindədir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.
Politoloq bildirib ki, iki ölkə münasibətləri müxtəlif istiqamətlərdə inkişaf edir: “Dövlət başçıları arasındakı yaxın əlaqələr bu tərəfdaşlığın önəmini artırır. Müxtəlif ikitərəfli və beynəlxalq səviyyəli görüşlərdə bu əlaqələrin əhəmiyyəti öz təsdiqini tapır. Bu əlaqələr iki ölkənin də maraqlarına cavab verir. Bu il əlaqələrimiz strateji partnyorluq müstəvisində müəyyən nöqtəyə gəlib çatıb”
Qeyd edək ki, dekabrın 20-də Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.