SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə türkiyəli həmkarına minnətdarlığını bildirib.

BAKI, 24 dekabr — Sputnik. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putininin görüşü. Rusiya, Soçi, “Boçarov Ruçey” dövlət iqamətgahı. 1 sentyabr 2018-ci il  - Sputnik Azərbaycan
SİYASƏT
Vladimir Putin İlham Əliyevə zəng etdi

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona Azərbaycan xalqının rifahı və tərəqqisi naminə fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev iki ölkənin dövlət başçıları arasında keçirilən görüşlərin əlaqələrimizin inkişafındakı rolunu xüsusi qeyd ediblər. Prezidentlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildiriblər.

Xəbər lenti
0