BAKI, 24 dekabr — Sputnik. İndoneziyada ağır yola qəzası baş verib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.
Məlumata əsasən Cənubi Sumatra vilayətində avtobusun dərəyə düşməsi nəticəsində 24 nəfər ölüb, 16 nəfər yaralanıb.
İnsident gecə saatlarında Paqar-Alam dairəsində baş verib. Hadisə baş verən zaman avtobusda 40 nəfər olub.
Fövqəladə Hallarla Mübarizə Agentliyinin nümayəndəsi bildirib ki, yaralılar yaxınlıqdakı xəstəxanalara göndərilib.
O əlavə edib ki, bütün yaralıların vəziyyəti ağırdır və bununla bağlı hadisə nəticəsində ölənlərin sayı arta bilər.