Hisslər və emosiyalar iki min dildə

© AP Photo / Luca BrunoПара, фото из архива
Пара, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Şimali Karolina Universitetinin psixoloqları Coşua Konrad Cekson və Kristen Lindkvist 20 dil ailəsinə mənsub olan 2474 dilin emosional sözlərini təhlil ediblər

BAKI, 24 dekabr — Sputnik. Alimlər 2000 dili təhlil edərək, müxtəlif mədəniyyətlərdə hissləri izhar edən sözləri müəyyənləşdiriblər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırma zamanı bəzi universal dillərin mədəni oxşar xüsusiyyətləri aşkar edilib.

Məsələn, Ficinin şimalında istifadə edilən rotumans dilində olan "xanisi" sözü həm sevgi, həm də təəssüf üçün tətbiq olunur.

Şimali Karolina Universitetinin psixoloqları Coşua Konrad Cekson və Kristen Lindkvist 20 dil ailəsinə mənsub olan 2474 dilin emosional sözlərini təhlil ediblər.

Зрительный зал, архивное фото - Sputnik Azərbaycan
SƏHİYYƏ
Filmlərə baxmaq insanı qocaldır

Ekspertlər oxşar anlayışları olan sözləri axtarıblar. Nəticədə emosiyaları izhar edən sözlərin oxşarlığı müəyyən edilib. Tipik olaraq, yaxşı və pis hissləri izah etmək üçün istifadə edilən sözlər bədənlə əlaqəli olan hissləri izah edən sözlər kimi bir-birindən fərqlidir.

"Bütün dünyada insanlar sevdikləri şəxsi itirəndə özlərini pis hiss edə bilərlər. Və bütün dünyada təhlükə qarşısında bütün insanların ürəyi daha sürətli döyünməyə başlayır", - deyə Cekson bildirib.

Lakin bu fonda alimlər fərqlər də aşkar ediblər. Məsələn, bəzi hind-avropa dillərində "narahatlıq" və "hirs" bir sözlə izah edilir. Eyni zamanda "narahatlıq" Cənub-Şərqi Asiyanın materik qismində, Avstraliya-Asiya dillərində "kədər" və "peşmanlıq" ilə daha çox əlaqələndirilir.

Xəbər lenti
0