Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Nə həkim var, nə də xidmət - Bölgələrdə sığorta problemi necə həll olunacaq

© AFP 2023 / JEFF PACHOUDБольница, фото из архива
Больница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Regionlarımızdakı tibb müəssisələri müasir tibbi avadanlıqlarla təmin olunduqca, paytaxtdan bölgələrə ixtisaslı həkim axını müşahidə olunacaq"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 dekabr — Sputnik. Aprel ayından etibarən Azərbaycanda icbari tibbi sığorta tətbiq ediləcək. İcbari tibbi sığortanın tətbiqinə regionlardan başlanılması isə bəzi problemləri qabarıq şəkildə üzə çıxarıb. Bu problemlərin başında isə bölgələrdə həkim çatışmazlığı problemi durur. Bölgələrdə yaşayan sakinləri də maraqlandıran məsələlərdən ən əsası rayonlarda ixtisaslı həkim probleminin necə həll olunacağıdır.

Хирург перед началом операции - Sputnik Azərbaycan
SƏHİYYƏ
İcbari tibbi sığorta olunan xəstələr bu hallarda əlavə ödəniş edəcəklər

Sputnik Azərbaycan mövzunun aktuallığını nəzərə alaraq icbari tibbi sığortanın tətbiqindən sonra bölgələrdə həkim çatışmazlığının necə aradan qaldırılacağını araşdırıb.

Öncə qeyd edək ki, Səhiyyə nazirinin müavini Rahim Əliyev mətbuata açıqlamasında regionlarda həkim çatışmazlığı probleminin olduğunu təsdiqləyib. O bildirib ki, regionlardakı həkim çatışmazlığı probleminin həlli üçün bu il rezidenturanı bitirən həkimlərin 50 faizi təyinatla bölgələrə göndərilib: "Keçən il rezidentlərin 60 faizi regionlara göndərilib. Həkimlərin regionlarda işləməsi üçün əlimizdən gələni edirik. Bir müddət əvvəl stimullaşdırıcı tədbirlər gördük. Maaşdan əlavə onlara həvəsləndirici məbləğ verilirdi və evlə təmin olunurdular. Belə bir proqramın yenidən həyata keçirilməsini gözləyirik. Hələ ki, bu tədbirlər təsdiqlənməyib".

R.Əliyev bildirib ki, bölgələrə təyinat alan rezidentlər 3 il müddətində məcburi olaraq orada fəaliyyət göstərməlidirlər: "Kimsə müddət bitdikdən sonra orada qalıb işləyir, qalmaq istəməyəni isə buna məcbur edə bilmərik. Çünki artıq müqaviləsi bitir. Amma rezidenturanı yeni bitirənlər həmin bölgələrə göndərilir".

Bölgələr icbari tibbi sığortaya keçid mərhələsində olsalar da, bəzi kəndlərdə tibb məntəqələrinin olmadığı, olanların isə sovetdən qalma uçuq-sökük vəziyyətdə olduğu danılmazıdır.

Məsələn, Şəkinin Daşbulaq kəndində illərdir bir tibb məntəqəsi belə yoxdur. Sakinlər deyir ki, onların son ümid yeri kəndə gəlin gələn tibb bacısıdır. Kəndin həkimi də odur, tibb bacısı da...

Hindistanda donuz qripi ilə mübarizə, arxiv şəkli - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
İcbari tibbi sığorta vətəndaşlara nə verəcək

Elə sakinlərin də ümidi bölgələrdən başlanacaq icbari tibbi sığortayadır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, regionlarda ixtisaslı həkim problemi icbari tibbi sığortanın tətbiqindən sonra öz həllini tapacaq. Onun sözlərinə görə, regionlarda icbari tibbi sığortaya hazırlıq işləri davam edir. Bölgələrdə tibb müəssisələrinin tibbi avadanlıqlarla təmin edilməsi üzərində iş aparılır. Ş.Eyvazovun sözlərinə görə, bölgələrdə bəzi ixtisaslı kadr problemi var: "Bunun bir əsas səbəbi bölgələrdəki tibb müəssisələrində ixtisaslı tibb mütəxəssislərinin işləməsi üçün mövcud şəraitin olmamasıdır. Əslində bölgələrdə işləmək istəyən həkimlər var. Bu gün bölgələrdən olan həkimlər öz doğulduğu rayonlarda işləmək istəyirlər. Amma onların öz ixtisasına uyğun işləməsi üçün çox təəssüf ki, bölgələrdəki tibb müəssisələrində tibbi avadanlıq yoxdur. Məsələn, bu gün laporaskopik əməliyyatlar üzrə ixtisaslı həkimlər var. Onlar özləri bizə bildirirlər ki, öz yaşadıqları bölgələrdəki tibb müəssisələrində avadanlıq olsa, onlar gedib bölgələrdə çalışarlar. Bu gün belə ixtisaslı həkimlər çoxdur. Hansı ki, onları paytaxtda işləməyə vadar edən səbəb, bölgələrdəki tibb müəssisələrində ixtisaslı kadrların olmamasıdır. Regionlarımızdakı tibb müəssisələri müasir tibbi avadanlıqlarla təmin olunduqca, paytaxtdan bölgələrə ixtisaslı həkim axını müşahidə olunacaq. Biz bu problemi belə tənzimləmək qərarına gəlmişik".

Xəbər lenti
0