CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Roza Zərgərlinin oğlu Corc bələdiyyə üzvü seçilməsindən danışdı - FOTO

© Instagram / corcqafarovRoza Zərgərlinin oğlu Corc Qafarov
Roza Zərgərlinin oğlu Corc Qafarov - Sputnik Azərbaycan
Abunə olmaq
Corc açıqlamasında xəbəri qismən təsdiqləyb: "6 min 677 səs toplamışam. Amma yekun nəticələr haqda məlumatsızam"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 24 dekabr — Sputnik. Dekabrın 23-də Azərbaycanda 4-cü bələdiyyə seçkiləri keçirildi. Bələdiyyə seçkilərinə namizədlər arasında müğənni Roza Zərgərlinin oğlu Corc Qafarovun da adı olub. Artıq bir çox saytlar Corcun namizədliyini verdiyi 31 saylı Qaraçuxur seçki dairəsindən seçildiyi haqda məlumatlar yayıb.

Sputnik Azərbaycan bu xəbərin nə dərəcədə doğru olub-olmadığını öyrənməyə çalışıb. Corc açıqlamasında hələlik dəqiq məlumat olmadığını bildirib: "6 min 677 səs toplamışam. Amma yekun nəticələr haqda məlumatsızam".

"Əslində, nəticələrin belə olacağını düşünmürdüm. Sadəcə olaraq sənədlərimi toplayaraq namizədliyimi vermişdim. Hazırda da yekun nəticələrlə maraqlanıram", - deyə o əlavə edib.

Qeyd edək ki, 25 yaşlı Corc Qafarov hazırda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorudur.

Xəbər lenti
0