CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Velosipedçini öldürərək qaçan sürücü saxlanıldı

© © Chip Somodevilla/Getty Images/AFPVelosipedçi, arxiv şəkli
Velosipedçi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən 131 saylı marşrut xətti ilə hərəkət edən "Daewo" markalı avtobusun sürücüsü Xanağa Novruzov saxlanılaraq istintaqa təqdim edilib

BAKI, 24 dekabr — Sputnik. Sabunçu rayonunda velosipedçini vuraraq hadisə yerindən yayınan avtobus sürücüsü saxlanılıb. Bu barədə Spuntnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, cari il dekabr ayının 20-də saat 13 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Sabunçu qəsəbə sakini paytaxt sakini 1973-cü il təvəllüdlü Roman Nəsibov velosipedlə hərəkət edən zaman naməlum avtomobil tərəfindən vurulub. Həmin şəxs aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Sürücü isə piyadaya heç bir yardım göstərməyərək hadisə yerindən yayınıb. Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən 131 saylı marşrut xətti ilə hərəkət edən "Daewo" markalı avtobusun sürücüsü Xanağa Novruzov saxlanılaraq istintaqa təqdim edilib.

Qeyd edək ki, avtobusun velosipedçini vurması anı müşahidə kameraları vasitəsilə də lentə alınıb. Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1 (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti
0