BAKI, 24 dekabr — Sputnik. Vatikan Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etmək istəyir.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Vatikanın İdman naziri Melxor Sançes de Toka "Inside the Games" portalına bildirib.
Nazir vurğulayıb ki, ölkə bu məqsədlə Milli Olimpiya Komitəsi (MOK) təsis etməyi planlaşdırır: "Mən deyə bilərəm ki, bu məsələ ortamüddətli perspektivdə həyata keçiriləcək. Biz yüngül atletikadan başladıq".
Vatikanın idman naziri vurğulayıb ki, ölkədə beynəlxalq federasiyalarla bağlı 5 idman növü olarsa, Vatikan Milli Olimpiya Komitəsinin yaradılması haqqında düşünə bilər: "Futbol, taekvondo, kriket oynamağı bacararıq. Paris Olimpiadasındakı paradda iştirakımız real görünür. Bunun üçün bəzi hüquqi problemləri həll etmək lazımdır".
Qeyd edək ki, 2020-ci il Yay Olimpiya Oyunları Yaponiyanın paytaxtı Tokioda keçiriləcək.