CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sevinc Ağasıyevanın “Həqq məndədir” adlı solo konserti keçirildi

© © Shahin Yuksel Sarkarov Sevinc Ağasıyeva
 Sevinc Ağasıyeva  - Sputnik Azərbaycan
Abunə olmaq
Tanınmış ziyalılar, nəsimişünaslar, incəsənət və media nümayəndələrinin iştirak etdiyi tədbirdə ifalar audiotoriya tərəfindən böyük maraqla qarşılanıb.

BAKI, 24 dekabr — Sputnik. “Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində” bəstəkar-müğənni Sevinc Ağasıyevanın “Nəsimi ili”nə həsr olunan “Həqq məndədir” adlı solo konserti baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, gecədə əməkdar artist, tarzən Şəhriyar İmanovun rəhbərlik etdiyi qrupun - musiqiçilər klavişdə Bəbir Bəbirli və Şükür Əliyevin müşayəti ilə Tofiq Quliyev, Süleyman Ələsgərov və Sevinc Ağasıyevanın İmadəddin Nəsiminin qəzəllərinə bəstələnən mahnıları ifa olunub. Həmçinin bədii qiraət ustası Xəzər Süleymanlının tədqimatında şairin qəzəlləri özünəməxsus şəkildə oxunub.

© © Shahin Yuksel Sarkarov Sevinc Ağasıyeva
Sevinc Ağasıyevanın “Həqq məndədir” adlı solo konserti keçirildi - Sputnik Azərbaycan
Sevinc Ağasıyeva

Tanınmış ziyalılar, nəsimişünaslar, incəsənət və media nümayəndələrinin iştirak etdiyi tədbirdə ifalar audiotoriya tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə həmçinin musiqisi tanınmış kamança ifaçısı Mark Eliyahu, sözləri Nəsimiyə aid olan və Sevinc Ağasıyeva tərəfindən ifa olunan “Etməgil” mahnısının klipi də təqdim olunub.

© © Shahin Yuksel Sarkarov Sevinc Ağasıyeva
Sevinc Ağasıyevanın “Həqq məndədir” adlı solo konserti keçirildi - Sputnik Azərbaycan
Sevinc Ağasıyeva

Sonda xalq artistləri Mehriban Zəki, Xalidə Quliyeva, Mədəniyyət.az jurnalının baş redaktoru Zöhrə Əliyeva və Yunis Əmrə İnstitutunun Bakı filialının direktoru Cihan Özdemir çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.

Xəbər lenti
0