Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Gürcüstanda Azərbaycan teatrı tikiləcək

© © Sputnik / Kamal AlmuradlıMədəniyyət naziri Əbülfəs Qarayev
Mədəniyyət naziri Əbülfəs Qarayev - Sputnik Azərbaycan
Abunə olmaq
Teatrın 10 illik inkişaf proqramı yekunlaşdı. Amma bizim qarşımızda bəzi teatrların binasının bərpası məsələsi durur. Növbəti il Pantomima teatrının bina məsələsi də həllini tapacaq.

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 24 dekabr — Sputnik. Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində mədəniyyət sahəsində fərqlənən şəxslərə fəxri adlar, orden və Prezidentin fəxri diplomları təqdim olunub.

Sputnik Azərbaycan xəbər verir ki, mükafatları sahiblərinə Mədəniyyət naziri Əbülfəs Qarayev təqdim edib. Nazir çıxışında bildirib ki, 28 illik müstəqillik dövründə mədəniyyət sahəsində çox irəliləyiş olub: "Mən sizdən xahiş edirəm, 10 dəqiqənizi ayırıb bu bina ilə tanış olun. Görün insanlar burada necə əziyyət çəkib binanı bərpa ediblər. Teatrın 10 illik inkişaf proqramı yekunlaşdı. Amma bizim qarşımızda bəzi teatrların binasının bərpası məsələsi durur. Növbəti il Pantomima teatrının bina məsələsi həllini tapacaq. Eyni zamanda Gürcüstanda yeni Azərbaycan teatrı tikiləcək. Mart ayında Prezidentlə görüşdən sonra teatr sahəsində müsbət mənada nə qədər dəyişiklik oldu. Maaşlar artırıldı, teatrlara vəsait ayrıldı, fəxri adlar verildi, aktyorların bir hissəsi evlə təmin olundu. Əsas odur ki, bu, davamlı olacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə bir qrup mədəniyyət xadimləri təltif edilmişdilər.

Xəbər lenti
0