CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu ünvanlar növbədədir – Mənzillər səyyar qeydiyyata alınacaq

© Sputnik / Evgeniy Biyatov / Mediabanka keçidСвязка ключей от квартир многоэтажного жилого дома, архивное фото
Связка ключей от квартир многоэтажного жилого дома, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Mənzillərini dövlət qeydiyyatına almaq istəyənlər müvafiq tarixlərdə saat 09:00-dan 17:00-dək şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışını səyyar ofisə təqdim etməlidir

BAKI, 24 dekabr — Sputnik. İstismarına icazə verilən binalardakı mənzillərin dövlət qeydiyyatına alınması məqsədilə müxtəlif ünvanlarda səyyar xidmətlər təşkil olunur.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyası çərçivəsində növbəti səyyar qeydiyyat Yasamal rayonunda keçiriləcək.

23-29 dekabr tarixlərində 7 ünvan üzrə göstəriləcək qeydiyyat xidməti 1300-ə yaxın mənzili əhatə edəcək.

Qeydiyyat kampaniyası 23 dekabrda D.Bünyadzadə küçəsi, 11D, 24 dekabrda M.Seyidov küçəsi, 3149-cu məhəllə, 25 dekabrda Moskva prospekti, 3168-ci məhəllə, 26 dekabrda D.Bünyadzadə küçəsi, 15 A ünvanlarındakı binaların həyətində təşkil olunacaq. Dekabrın 27-də qeydiyyat xidməti D.Əliyeva küçəsi, ev 17 ünvanında, 28 dekabrda Talıblı və D.Bünyadzadə küçələrinin kəsişməsində, 29 dekabrda isə Z.Xəlilov küçəsi, 586-cı məhəllədə çoxmərtəbəli binaların həyətində davam etdiriləcək.

Mənzillərini dövlət qeydiyyatına almaq istəyənlər müvafiq tarixlərdə saat 09:00-dan 17:00-dək şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışını səyyar ofisə təqdim etməlidir. Mobil ofislərdə vətəndaşlar daşınmaz əmlakla bağlı suallarına da cavab ala bilərlər.

Xəbər lenti
0