Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Səhəri xəbərlə açdıq – Sumqayıt-Bakı yolunda yanğın var

© Sputnik / Kamal AlmuradlıBakı-Sumqayıt yolunda yanğın
Bakı-Sumqayıt yolunda yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğın baş vermiş əraziyə Fövqəladə Hallar Nazirliyinin iki yanğın söndürmə maşını cəlb olunub. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 23 dekabr — Sputnik. Sumqayıt-Bakı yolunda yanğın baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə magistral qaz xəttinin yaxınlığında qeydə alınıb. Yanğın baş vermiş əraziyə Fövqəladə Hallar Nazirliyinin iki yanğın söndürmə maşını cəlb olunub. Yanğının hansı səbəbdən baş verdiyi və nəyin yandığı hələlik məlum deyil.

Qeyd edək ki, dekabrın 10-da bu ərazidə daha bir yanğın hadisəsi baş vermişdi. O zaman yolun qarşı tərəfində yerləşən “EuroHome" tikinti materialları bazarı yanmışdı. İlkin məlumata görə, bazarın 5 hektar ərazisinin 2 hektarı tamamilə məhv olub.

Xəbər lenti
0