ABŞ sanksiyalarını daha kimlər gözləsinlər - spiker gizlinləri açıqladı

© AP Photo / Turkish Defence MinistryПервые части российской системы противоракетной обороны С-400 выгружены с российского самолета в аэропорту Муртед, известном как авиабаза Акинчи, недалеко от Анкары, Турция
Первые части российской системы противоракетной обороны С-400 выгружены с российского самолета в аэропорту Муртед, известном как авиабаза Акинчи, недалеко от Анкары, Турция - Sputnik Azərbaycan
Abunə olmaq
"Sanksiyalar Vaşinqtonun əsas təzyiq və təhdid aləti kimi qalmaqdadır və ondan xüsusilə Tramp administrasiyası aktiv şəkildə istifadə edir. ABŞ arzuladığı münasibətləri qura bilmədiyi ölkələrə qarşı sanksiyalar tətbiq edir"

BAKI, 23 dekabr — Sputnik. Rusiya istehsalı olan "S-400" sistemlərinin tədarükü ilə bağlı Vaşinqtonun tətbiq etdiyi sanksiyalar Türkiyə iqtisadiyyatına mənfi təsir göstərməyəcək.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Türkiyə parlamentinin spikeri Mustafa Şentop deyib.

Bir müddət öncə ABŞ Prezidenti Donald Tramp 2020-ci il üçün müdafiə büdcəsini imzalayıb. Sənədə əsasən, Ankara "S-400" sistemlərindən imtina etməyincə "F-35" qırıcı təyyarələrini ala bilməyəcək.

"ABŞ hələ aktiv sanksiya siyasətini yürütməyə başlayanda Vaşinqtonun təhdidləri ölkələrə yüngül psixoloji təzyiq göstərə bilərdi. Lakin onlar bu alətdən nə qədər çox istifadə etsələr, bu məhdudiyyətlərin təsiri o qədər də az olur. Fikrimcə, Amerika sanksiyaları Türkiyəyə heç bir təsir göstərə bilməyəcək, o cümlədən iqtisadi nöqteyi-nəzərdən", - Şentop deyib.

Spiker xatırladıb ki, sanksiyalar Vaşinqtonun əsas təzyiq və təhdid aləti kimi qalmaqdadır və ondan xüsusilə Tramp administrasiyası aktiv şəkildə istifadə edir. Şentop hesab edir ki, ABŞ arzuladığı münasibətləri qura bilmədiyi ölkələrə qarşı sanksiyalar tətbiq edir.

"Biz əvvəllər də gizli sanksiyalarla qarşılaşmışıq", - spiker əlavə edib.

Onun fikrincə, Türkiyənin müdafiə sənayesinin inkişaf səviyyəsi nəzərə alınsa, sanksiyalar ölkənin müdafiə potensialına da təsir göstərməyəcək. Şentop qeyd edib ki, Türkiyəyə qarşı mənfi münasibət hələ digər müdafiə məqsədli təşəbbüslər çərçivəsində, o cümlədən pilotsuz uçan aparatların yaradılması və "Patriot" sistemlərinin satın alınması məsələlərində yaranıb. O xatırladıb ki, Türkiyə "Patriot" sistemlərinin ona satılmamasına cavab olaraq alternativdən istifadə edərək "S-400" komplekslərini alıb.

"Bu nümayiş etdirir ki, Türkiyə müstəqil siyasət yürüdür və ayrı bir ölkənin, o cümlədən Amerikanın qərarları onun planlarına təsir edə bilməz", - Şentop deyib.

"S-400" sistemlərinin Türkiyəyə tədarükü

Türkiyə ilə ABŞ arasındakı münasibətlərdə böhrana səbəb olmuş ən son "S-400" hava hücumundan müdafiə sistemlərinin tədarükü iyulun ortalarında başlayıb. Vaşinqton Türkiyədən bu sistemlərdən imtina etməyi və əvəzində "Patriot" komplekslərini almağı tələb edib. ABŞ həmçinin Türkiyəni ən son "F-35" qırıcılarının satışını təxirə salmaqla və ya hətta ləğv etməklə, eləcə də "CAATSA" (Sanksiyalar yolu ilə Amerikanın düşmənlərinə qarşı mübarizə haqqında qanun) ilə təhdid edib.

Ankara isə güzəştə getməkdən imtina edib. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın sözlərinə görə, "S-400 Triumf" sistemləri 2020-ci ilin aprelində tam fəaliyyətə başlayacaq.

Xəbər lenti
0