CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şamaxı, Qəbələ və Oğuzda bələdiyyə seçkisi: rəqəmlər

© Sputnik / Ilham AhmadovQəbələdə bələdiyyə seçkiləri
Qəbələdə bələdiyyə seçkiləri - Sputnik Azərbaycan
Abunə olmaq
85 saylı Şamaxı seçki dairəsində ümumilikdə 41601 nəfər seçici qeydə alınıb. Saat 15:00-dək 12281 nəfər (29.52%) səsvermədə iştirak edib

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 23 dekabr — Sputnik. 116 saylı Qəbələ seçki dairəsində 54 məntəqədə bələdiyyə seçkisi davam edir. Bu dairədə 44170 seçici qeydə alınıb. Bunlardan 603 nəfəri bu il ilk dəfə səs verəcək. Bir seçicinin isə yaşı 100-dən çoxdur.

© Sputnik / Ilham Ahmadov
Qəbələdə bələdiyyə seçkiləri - Sputnik Azərbaycan
1/4
© Sputnik / Ilham Ahmadov
Qəbələdə bələdiyyə seçkiləri - Sputnik Azərbaycan
2/4
© Sputnik / Ilham Ahmadov
Qəbələdə bələdiyyə seçkiləri - Sputnik Azərbaycan
3/4
© Sputnik / Ilham Ahmadov
Qəbələdə bələdiyyə seçkiləri - Sputnik Azərbaycan
4/4
1/4
2/4
3/4
4/4

Sputnik Azərbaycan-ın məlumatına görə, 116 saylı Qəbələ seçki dairəsində saat 15:00-dək ümumilikdə 12789 seçici səs verib, bu da 28.95%-ə bərabərdir.

117 saylı Oğuz-Qəbələ seçki dairəsində ümumilikdə 47107 nəfər seçici qeydə alınıb. Bunlardan 1143 nəfəri ilk dəfə səsvermədə iştirak edəcək. İki seçicinin yaşı 100-dən çoxdur. Saat 15:00-dək 13274 nəfər (28.18%) səsvermədə iştirak edib.

85 saylı Şamaxı seçki dairəsində ümumilikdə 41601 nəfər seçici qeydə alınıb. Bunlardan 938 nəfəri ilk dəfə səsvermədə iştirak edəcək. İki seçicinin yaşı 100-dən yuxarıdır. Saat 15:00-dək 12281 nəfər (29.52%) səsvermədə iştirak edib.

Xəbər lenti
0