Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Səhiyyə Nazirliyi təcili yardımın 40 dəqiqə gecikməsi iddiasına cavab verdi

© Sputnik / Murad OrujovКарета скорой помощи в Баку, фото из архива
Карета скорой помощи в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə ilə əlaqədar ilk çağırış saat 10:45 daxil olub, saat 11:00-da hadisə yerinə çatan həkim briqadası dispetçer mərkəzi ilə əlaqə saxlayaraq 21 yaşlı qız və 43 yaşlı kişi üçün Kliniki Tibbi Mərkəzdə yer hazırlanmasını istəyiblər

BAKI, 23 dekabr — Sputnik. Səhiyyə Nazirliyi sosial şəbəkələrdə Təcili Yardım briqadasının hadisə yerinə vaxtından həddən artıq gec çatması ilə bağlı yayılan iddialara cavab verib.

Səhiyyə Nazirliyi - Sputnik Azərbaycan
SƏHİYYƏ
Səhiyyə Nazirliyi tələbə etirazına cavab verdi

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sosial şəbəkələrdə Nobel prospektində avtomobil qəzası baş verən əraziyə Təcili Tibbi Yardım avtomobilinin 40 dəqiqəyə çatması barədə yayılan məlumat həqiqətə uyğun deyil. Belə ki, Təcili Tibbi Yardımın dispetçer xidmətinə hadisə ilə əlaqədar ilk çağırış saat 10:45 daxil olub, saat 11:00-da hadisə yerinə çatan həkim briqadası dispetçer mərkəzi ilə əlaqə saxlayaraq qapalı kəllə-beyin travması alan 21 yaşlı qız və müştərək travmaları olan 43 yaşlı kişi üçün Kliniki Tibbi Mərkəzdə yer hazırlanmasını istəyiblər. Ağır vəziyyətdə KTM-yə çatdırılan yaralılara lazımi tibbi yardım göstərilib. Onların vəziyyəti ağır kimi qiymətləndirilir.

Nazirliyin məlumatında çağırışın və həkim briqadasının hadisə yerinə çatma vaxtlarının dispetçer xidmətinin kompüter sistemində qeydə alındığı vurğulanır.

Xəbər lenti
0