CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lənkəranda bələdiyyə seçkisi: rəqəmlər

© Sputnik / Rahim MuradovLənkəranda bələdiyyə seçkiləri
Lənkəranda bələdiyyə seçkiləri - Sputnik Azərbaycan
Abunə olmaq
Lənkəran rayonundan olan seçicilər 73 saylı Lənkəran şəhər, 74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masallı və 76 saylı Lənkəran-Astara dairələrini əhatə edən 153 seçki məntəqəsində səs verirlər

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 23 dekabr — Sputnik. Lənkəran rayonunda səhər saatlarından başlayaraq bələdiyyə seçkiləri yüksək seçici fəallığı ilə müşahidə olunub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, Lənkəran rayonundan olan seçicilər 73 saylı Lənkəran şəhər, 74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masallı və 76 saylı Lənkəran-Astara dairələrini əhatə edən 153 seçki məntəqəsində səs verirlər.

Lənkəran şəhər 73 saylı seçki dairəsinin 8 saylı məntəqəsində seçicilər fəallıqları ilə seçilirlər. Məntəqədə şəffaflığın təmin olunması üçün veb-kameralar quraşdırılıb. Məntəqə sədri Rahim İbrahimov Sputnik Azərbaycan-a bildirib ki, gün ərzində 10-dan artıq müşahidəçi seçkinin gedişini izləyir: “8 saylı seçki məntəqəsində 1319 nəfər seçici qeydiyyatdadır. Qeyd edim ki, qeydiyyatda olan seçicilərdən 9 nəfəri ilk dəfə səs verən vətəndaşlardır”.

© Sputnik / Rahim Muradov
Lənkəranda bələdiyyə seçkiləri - Sputnik Azərbaycan
1/4
© Sputnik / Rahim Muradov
Lənkəranda bələdiyyə seçkiləri - Sputnik Azərbaycan
2/4
© Sputnik / Rahim Muradov
Lənkəranda bələdiyyə seçkiləri - Sputnik Azərbaycan
3/4
© Sputnik / Rahim Muradov
Lənkəranda bələdiyyə seçkiləri - Sputnik Azərbaycan
4/4
1/4
2/4
3/4
4/4

Məlumat üçün bildirək ki, 73 saylı Lənkəran Şəhər Seçki Dairəsi üzrə gün ərzində 28 məntəqə fəaliyyət göstərəcək. 48 yer üzrə isə 99 namizəd mübarizə aparır. Ümumilikdə  səsvermənin şəffaf və demokratik keçirilməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. Hərəkət əngəlli seçicilərin səsvermədə iştirakını təmin etmək məqsədilə daşınan qutular məntəqələrə paylanıb.

Xəbər lenti
0