SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bələdiyyə seçkisi – Seçici fəallığı 30 faizi keçdi

© Sputnik / Ilham AhmadovQəbələdə bələdiyyə seçkiləri
Qəbələdə bələdiyyə seçkiləri - Sputnik Azərbaycan
Abunə olmaq
Fərid Orucov səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 1520133 nəfərinin səs verdiyini diqqətə çatdırıb

BAKI, 23 dekabr — Sputnik. Azərbaycanda keçirilən bələdiyyə seçkisində saat 17:00-dək olan seçici fəallığı açıqlanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, 118 seçki dairəsi üzrə 5049 seçki məntəqəsində seçici fəallığı bu saatadək 30.57 faiz olub.

O, səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 1520133 nəfərinin səs verdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, saat 10:00-da respublika üzrə seçici fəallığı 423361 olub. Bu da ümumi səsvermə hüququ olan şəxslərin 8,51 faizini təşkil etmişdi.

Saat 12:00-da 118 seçki dairəsi üzrə 5049 seçki məntəqəsində seçici fəallığı 18.07 faiz olub.

Saat 15:00-da isə 118 seçki dairəsi üzrə 5049 seçki məntəqəsində seçici fəallığı 26.88 faiz olub.

Xatırladaq ki, səsvermədə iştirakı nəzərdə tutulan seçicilərin sayı 4 milyon 972 min 356 nəfərdir. Bələdiyyə seçkisi ölkə üzrə 5049 məntəqəni əhatə edir. Seçki zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

Xəbər lenti
0