Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Sədərək"də xüsusi əməliyyat: ata ilə oğlunu apardılar - FOTO

© AR Ministry of Internal AffairsPirotexniki vasitələrin satışının qarşısı alınıb
Pirotexniki vasitələrin satışının qarşısı alınıb - Sputnik Azərbaycan
Abunə olmaq
Hənifəyevlərə məxsus ticarət mərkəzində yerləşən mağaza və anbara qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilən zamanı külli miqdarda pirotexniki vasitələr aşkar olunaraq götürülüb

BAKI, 23 dekabr — Sputnik. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları "Sədərək" ticarət mərkəzində əməliyyat keçiriblər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən insanların sağlamlığına zərər vuran, əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində silsilə tədbirlər davam etdirilir.

© AR Ministry of Internal Affairs
Pirotexniki vasitələrin satışının qarşısı alınıb - Sputnik Azərbaycan
1/4
© AR Ministry of Internal Affairs
Pirotexniki vasitələrin satışının qarşısı alınıb - Sputnik Azərbaycan
2/4
© AR Ministry of Internal Affairs
Pirotexniki vasitələrin satışının qarşısı alınıb - Sputnik Azərbaycan
3/4
© AR Ministry of Internal Affairs
Pirotexniki vasitələrin satışının qarşısı alınıb - Sputnik Azərbaycan
4/4
1/4
2/4
3/4
4/4

Növbəti belə tədbir Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən "Sədərək" ticarət mərkəzində həyata keçirilib. Baş İdarəyə qeyd edilən ticarət mərkəzində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub. Qeyd olunan ünvanda yüksək səsyayıcı qabiliyyətə malik olan pirotexniki vasitələrin satışını həyata keçirən Astara rayonunda anadan olmuş Seymur Hənifəyev və onun oğlu Fərid Hənifəyev saxlanılıblar. Həmin şəxslərə məxsus ticarət mərkəzində yerləşən mağaza və anbara qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilən zamanı külli miqdarda pirotexniki vasitələr aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində pirotexniki vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti
0