Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Amerikanın "müharibə tanrısı" zəifləyib – öz gücünə həddindən artıq güvəndiyinə görə

CC BY 2.0 / The U.S. Army / Gertrud Zach / M109A6Артиллерийское подразделение армии США во время стрельб
Артиллерийское подразделение армии США во время стрельб - Sputnik Azərbaycan
Abunə olmaq
Amerikalı mütəxəssislər ölkələrinin hərbi-texniki inkişaf sahəsində Rusiyadan geri qaldığı istiqamətlər siyahısına daha bir bəndi əlavə ediblər

BAKI, 23 dekabr — Sputnik, İrina Alksnis. "RAND Corporation" analitik mərkəzi ABŞ Silahlı Qüvvələrinin daha bir zəif tərəfini aşkar edib. İnstitutun mütəxəssisləri Amerikanın səhra artilleriyasının Rusiya artilleriyasından geridə qaldığı qənaətinə gəliblər.

Beləliklə, amerikalı mütəxəssislər ölkələrinin hərbi-texniki inkişaf sahəsində Rusiyadan geri qaldığı istiqamətlər siyahısına daha bir bəndi əlavə ediblər. Bildiyimiz kimi, ABŞ hərbçiləri və mütəxəssisləri xüsusilə radioelektron müharibə, hava hücumundan müdafiə, hipersonik silahlar, tank istehsalı və hətta kosmos kimi mövzulara görə narahatdırlar.

ABŞ-da Vandenberq aviabazasından ballistik raket buraxılışı - Sputnik Azərbaycan
ABŞ-ın "İsgəndər" raketlərinə cavabı dünyanı necə təhdid edir

Hazırda biz Amerikanın mütləq hegemonluğu dövründə yaranmış ən maraqlı və populyar miflərdən birinin tənəzzülünün şahidi oluruq. Dünyanın böyük bir hissəsi belə bir vəziyyətin həmişə qalacağına səmimiyyətlə inanırdı – çünki Amerika bütün digər ölkələrdən üstün idi. Onun xüsusilə elmi-texniki (və nəticədə hərbi-texniki) sahədə nailiyyətləri əsas olaraq görülürdü.

Etiraf edək ki, həmin vaxt – 15-20 il əvvəl – bu cür nöqteyi-nəzər olduqca məntiqli görünürdü.

Müasir elm o qədər inkişaf edib ki, çox mürəkkəb və bahalı olub. Qəti bir inam yayılıb ki, hər hansı bir əsas bilik sahəsində səriştələrin olmaması və ya itirilməsi halında ölkə əbədi olaraq tarixin kənarına atılacaq, çünki sonradan geriliyi aradan götürmək şansı olmayacaq. Bu fonda, super inkişaf etmiş və super zəngin Birləşmiş Ştatlar, elmə, o cümlədən dünya üzrə "beyinlərin" satın alınmasına və nəticədə tərəqqinin son nailiyyətlərinə əsaslanan hərbi inkişafa böyük sərmayələr qoyub.

"Kökə təklif etmədən qamçı"- Ekspert "S-400"lərə görə ABŞ-ın Türkiyəyə təzyiqi barədə>>

Belə bir vəziyyətdə nə üçün çox sayda insanın Vaşinqtonun üstünlüyünün keçilməz və əbədi olduğuna inandığını anlamaq olar. Ən maraqlısı isə odur ki, amerikalıların özləri - ekspertlər və yüksək vəzifəli məmurlar buna inanıblar və bu inam üzərində öz dövlətlərinin siyasətini qurublar.

"RAND Corporation" artilleriya ilə mövcud problemlərin səbəblərindən birbaşa yazır: 2000-ci illərin əvvəllərində ABŞ ordusu yaraqlılara qarşı mübarizə aparmağa başlayıb və bu işdə aviasiya onun üçün əsas qüvvəyə çevrilib.

Son onilliklərdə Pentaqon və NATO üçün adi döyüş formatı yaxşı məlumdur:

a) növbəti bir "yaramaz" ölkənin hərbi (və eyni zamanda mülki) infrastrukturunu və böyük ordu birləşmələrini bombalamaq. Bu halda amerikalılara qarşı effektiv hava hücumundan müdafiə sistemi olmadığından onların pilotları üçün ciddi bir təhlükə yaranmır.

b) sonra isə hava hücumları və ya kiçik yerüstü əməliyyatlardan istifadə edərək (yenə də vertolyotların və təyyarələrin dəstəyi ilə) əllərində "Kalaşnikov"larla qaçan yerli sakinlərin təmsil etdiyi müqavimət mərkəzlərini məhv etmək.

Ukraynanın “Olxa-M” raket sistemi sınaqda, arxiv şəkli - Sputnik Azərbaycan
Dəmir qapının taxta qapıya işi düşüb: Çərxi-fələk tərsinə dövran edir indi

Ancaq belə bir yanaşma (Vaşinqtonun gözləmədiyi halda) xoşagəlməz nəticələrə səbəb olub. Amerikalı mütəxəssislər xüsusilə ABŞ artilleriyasının effektivliyinin aşağı düşdüyünü və Rusiya artilleriyasından geridə qaldığını bildirirlər. Bu, amerikalı topçuların az istifadə olunmasına görə onların təcrübələrinin əhəmiyyətli dərəcədə azalması, eləcə də Moskva tərəfindən müasir artilleriya silahlarının, o cümlədən güclü haubitsaların, reaktiv sistemlərin və ballistik raketlərin aktiv inkişafı səbəbindən baş verib.

İndi isə reallıq bir daha təsdiqlədi ki, əbədi heç bir şey olmur və ən güclü imperiya belə əbədi olaraq zirvədə, o cümlədən hərbi zirvədə qala bilməz. Beləliklə mövcud stereotip hər bir tərəfdən dağıldı.

Öz elmi, texnoloji və sonra isə hərbi-texniki məktəblərini inkişaf etdirmək üçün "dünyanın yığım sexi" mövqeyindən faydalanan Çinin nümunəsi var. Gücünü bir neçə strateji sahədə irəliləyişlərin əldə edilməsinə yönəltmiş Moskvanın nümunəsi var - və bu da öz bəhrəsini verərək Rusiyanı müvafiq sahələrdə dünya lideri edib. Raket elmindəki səyləri uzun illər rişxənd mövzusu olan Şimali Koreyanın nümunəsi var - birdən-birə aydın oldu ki, Pxenyan istədiyinə nail olub. İndi isə heç kim, xüsusən də yaponlar və amerikalılar gülmək istəmirlər.

Şübhəsiz ki, ekspertlərin həyəcan təbili çalması silah inkişafı üçün büdcə və vəsaitin artırılmasında maraqlı olan Pentaqonun maraqlarına xidmət edir. Yalnız bu o demək deyil ki, mütəxəssislər Amerika hərbi maşınının zəif tərəflərini açmaqda haqlı deyillər.

Ancaq məsələ ondadır ki, Amerika zirvədə və özünəinamlı olduğu dövrdən başqa bir vacib bir problemi miras götürüb – çox az konkret nəticələr verən büdcə bölüşdürmələri.

Əlbəttə ki, "RAND Corporation" və Pentaqonun digər "beyin mərkəzləri" bu haqda daha az danışırlar və onları başa düşmək olar. Onlar üzərində oturduqları budağı kəsmək istəmirlər.

Xəbər lenti
0