SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Abşeronda yüksək seçici fəallığı müşahidə olunur

© Sputnik / Ilham MustafayevQazax rayonunda seçici aktivliyi müşahidə olunur
Qazax rayonunda seçici aktivliyi müşahidə olunur - Sputnik Azərbaycan
Abunə olmaq
"Prosesi 15 yerli müşahidəçi izləyir. İndiyədək seçicilərdən və müşahidəçilərdən seçki ilə bağlı hər hansı şikayət daxil olmayıb"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 dekabr — Sputnik. Azərbaycanda keçirilən bələdiyyə seçkisi davam edir. Sputnik Azərbaycan-ın məlumatına görə, 45 saylı Abşeron Seçki Dairəsinin 20 saylı seçki məntəqəsində səsvermə prosesində aktivlik müşahidə olunur. Məntəqə sədri İkram Manafov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qeydiyyatda 1390 seçici var: "Səsvermə prosesində şəffaflıq tam təmin olunub. Prosesi 15 yerli müşahidəçi izləyir. İndiyədək seçicilərdən və müşahidəçilərdən seçki ilə bağlı hər hansı şikayət daxil olmayıb. Məntəqədə seçici aktivliyi müşahidə olunur".

© Sputnik / Zulfiyya GuluyevaAbşeron Seçki Dairəsinin 20 saylı seçki məntəqəsi
Abşeronda yüksək seçici fəallığı müşahidə olunur - Sputnik Azərbaycan
Abşeron Seçki Dairəsinin 20 saylı seçki məntəqəsi

Məntəqədə seçki prosesini izləyən yerli müşahidəçi Aysel Eyvazova da Sputnik Azərbaycan-a açıqlamasında səsvermə prosesində aktivlik müşahidə olunduğunu söyləyib. Müşahidəçi bildirib ki, məntəqə açılandan seçki prosesini izləyir: "Biz məntəqə açılandan burada müşahidə aparırıq. Səsvermə prosesi şəffaf şəkildə keçirilir. Bizə seçicilərdən heç bir şikayət daxil olmayıb. Məntəqədə seçicilər yüksək aktivlik nümayiş etdirirlər".

Xəbər lenti
0