Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qeyri-neft sektorunu necə inkişaf etdirmək olar – ekspert şərh edir

© Photo : Facebook / natig.jafarliНатик Джафарли
Натик Джафарли - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, gələn il üçün ayrılacaq vəsait bu məsələdə kömək ola bilər
Natiq Cəfərli: “Qeyri-neft sektorunda artım rəqəmsal olaraq çox aşağıdır”

Azərbaycanın 2020-ci ilin dövlət büdcəsində qeyri-neft məhsullarının ixracının təşviqi, stimullaşdırılması və bu qəbildən olan digər tədbirləri üçün 20 mln. manat vəsaitin sərf olunacağı nəzərdə tutulub.

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanın qeyri-neft sektorunda son 3 il ərzində artım müşahidə olunur:

“Amma bu artım rəqəm olaraq çox aşağıdır. Artım üçün istehsal həcminin genişləndirilməsi, yeni bazarların tapılması və çıxış imkanlarının yaradılması çox vacibdir. Gələn il üçün ayrılacaq vəsait bu məsələdə kömək ola bilər. Ancaq bunun üçün məmurlar biznesi maraqlandıran məsələlərlə bağlı dəyirmi masalar təşkil etməli, problemlərin həll olunması üçün yol xəritəsi və stimullaşdırıcı proqramlar qəbul edilməlidir”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0