Fəzail İbrahimli: “Seçkinin nətiəcələri bağlı kimsə münəccimlik edə bilməz”
“Partiyamız seçkilərdə iştirak etməyə qərar verib. Üzvlərimiz seçkilərdə iştirak etməyə qərar versə partiya onlara kömək edəcək”. Bunu Sputnik Azərbaycan-a növbədənkənar parlament seçkiləri haqqında danışarkən Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Fəzail İbrahimli deyib.
Fəzail İbrahimli bildirib ki, seçkinin nəticələri ilə bağlı kimsə münəccimlik edə bilməz: “Bu cəhd, qismət və ən əsası seçicilərin münasibətinin ifadəsidir. Bu amillər nəticəni göstərəcək. Seçkiqabağı əhvali-ruhiyyə çox yüksəkdir. İnsanlar seçkiyə getməyə, namizəd olmağa meyllidirlər. Bu, onu deməyə əsas verir ki, budəfə seçkiyə getmək istəyənlərin sayı əvvəlki illərlə müqayisədə çox olacaq”.
Fəzail İbrahimlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz