Kosmosdan "üzüqara" qayıdan gəmini coşqu ilə qarşıladılar - VİDEO

© Photo : David C. Bowman/NASA via APКосмолет CST-100 Starliner
Космолет CST-100 Starliner - Sputnik Azərbaycan
Abunə olmaq
Test uçuşunu gerçəkləşdirən "Starliner" kapsulundan gələcək missiyalarda istifadə edilməsi planlaşdırılır

BAKI, 22 dekabr — Sputnik. "Boeing" şirkətinin ən yeni hava gəmilərindən olan "Starliner" pilotsuz rejimdə ilk uçuş sınağını başa vurub.

Sputnik Azərbaycan bildirir ki, o, Nyu-Meksikodakı Uayt-Sends poliqonunda yerə enib.

Gəmi orbitdə 48 saat qalıb. Sınaq uçuşunu maneken Rouzi "yerinə yetirib". Gəminin kapsulu yerli vaxtla 8:58-də ABŞ-ın şərq sahilində, əvvəldən planlaşdırılmış yerdə enib.

NASA onun qayıdışını canlı yayımda göstərib. Kapsul enəndə yayımın aparıcısı: "Bu, tarixi enişdir!" - deyə bildirib.

​"Starliner" dekabrın 20-də Kanaveral burnundakı kosmodromdan "Atlas-5" raketdaşıyıcısı ilə kosmosa qalxıb. Raket gəmini hesablanmış suborbital trayektoriyaya çıxarıb, ancaq onun orbitə çatdırılması manevri uçuş vaxtındakı səhvə görə yubanıb.

Nəticədə "Starliner" xeyli yanacaq sərf edib və hesablanmaış (yararsız) orbitdə qalaraq BKS-ə yaxınlaşa bilməyib. NASA və "Boeing" qərara gəliblər ki, gəmini Yerə qaytarsınlar.

NASA-dan bildiriblər ki, gəminin göyərtəsindəki saatlarda nasazlıq aşkarlandıqdan sonra Yerdəki mütəxəssislər gəminin bütün cihazlarında uçuş vaxtının hesablanması sistemini yeniləyiblər. İlk sınaq pilotsuz uçuşu zamanı əsas missiyasını - BKS-ə birləşməyi - yerinə yetirməsə də, 2 sutka davam edən uçuş zamanı gəminin naviqasiya sistemi və birləşmə mexanizmi test edilib.

Test uçuşunu gerçəkləşdirən "Starliner" kapsulundan gələcək missiyalarda istifadə edilməsi planlaşdırılır. Onun yaradıcıları bu qənaətdədirlər ki, kapsulu on kosmik uçuşda istifadə etmək mümkün olacaq. 

"Starliner"in pilotlu uçuşu 2020-ci ilin ilk yarısına planlaşdırılıb.

Xəbər lenti
0