CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qızıl qıranların" muzdlu işçilərinə pensiya vəd edirlər

© Sputnik / Leyla AbdullayevaBeyləqanda pambıqçılıq
Beyləqanda pambıqçılıq - Sputnik Azərbaycan
Abunə olmaq
"Ağ qızıl" bu il bəzi iş adamlarının üzünü güldürdü, bəzi fermerləri isə külli miqdarda ziyana saldı

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 22 dekabr — Sputnik. Bu il Azərbaycanda pambıq yığımında rekord göstərici əldə edilib.

Sputnik Azərbaycan bildirir ki, Prezident İlham Əliyev pambıqçılıq mövsümünün yekunlarına dair keçirdiyi müşavirədə 294 min ton pambıq yığıldığını və hər hektardan məhsuldarlığın orta hesabla 29,4 sentner təşkil etdiyini vurğulayıb.

Əlbəttə, göstərdiyi dəstəyə görə nə dövlətin, nə də özünün üzünü ağarda bilməyənlər də var. Halbuki bir çox rayonlarımızda yenidən pambıq zavodlarının və məntəqələrinin yaradılması, zavodların müqavilə əsasında sahibkara öncədən maliyyə dəstəyi verməsi bu sahəyə marağı birə-beş artırıb.

Yüksək məhsuldarlıqla öyünən yeddi rayondan biri olan Beyləqanda bu il hər hektardan 30,3 sentner pambıq yığılıb. Maraqlıdır ki, elə bu rayondan olan bəzi fermerlər bu il qazanc götürə bilməyiblər.

Rayon sakini, fermer Fədail Əzimov Sputnik Azərbaycan-a bildirib ki, bu il  Allahyarlı kəndində əkilən pambığın məhsuldarlığı çox aşağı olub:

"Canlı işçi qüvvəsi – yəni fəhlə tapa bilmirik. Adamlar daha yüksək məbləğ tələb edir, qazanc üçün qonşu rayonlara üz tuturlar. Əkin sahələrinin suvarma sistemi də yoxdur. Bu il bir çox fermerlər çox əziyyət çəkdiklərinə baxmayaraq, pambıqdan xeyir götürmək əvəzinə, zavodlara külli miqdarda borclu qalıblar. Ümid edirik ki, gələn il biz fermerlər bu ildən qalan borcumuzu ödəməklə yanaşı, xeyir götürərik".
© Sputnik / Leyla Abdullayeva
Beyləqanda pambıqçılıq - Sputnik Azərbaycan
1/3
© Sputnik / Leyla Abdullayeva
Beyləqanda pambıqçılıq - Sputnik Azərbaycan
2/3
© Sputnik / Leyla Abdullayeva
Beyləqanda pambıqçılıq - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Beyləqan rayon Bitki Mühafizə İdarəsinin rəisi Kərəm Allahyarov Sputnik Azərbaycan-a açıqlamasında bu problemlə bağlı müsbət işlərin görüləcəyini vurğulayıb.

- Bu il rayonumuzda 9500 hektar pambıq əkilib. Beyləqanda üç emal zavodu və məntəqə fəaliyyət göstərir. Bunlar "P Aqro", "MKT" və "Azər Pambıq"dır. Ötən il rayonumuzda məhsuldarlıq 22 sentner olub. Bu o deməkdir ki, bu il ötən ilə nisbətdə 8 sentner artım qeydə alınıb.

- Kərəm bəy, Beyləqanda pambıq əkmiş bəzi fermerlər müqavilə bağladıqları zavoda külli miqdarda borclanıblar. Buna səbəb nədir?

- Belə hallar olub. Buna səbəb işçi qüvvəsinin az olması, pambıq əkini üçün uyğun olmayan sahənin seçilməsi və ən əsası isə suvarmanın vaxtında edilməməsi və ya edilə bilməməsidir.

- İşçi qüvvəsinin az olması nə ilə əlaqədardır?

- Günəmuzd işçilər 10 AZN alırdılar. Bu gün həmin məbləğ artıq onların çoxunu qane etmir. Beləliklə, bir tərəfdən muzdlu işçilərə tələbat çoxalır, bir tərəfdən də işçi çatışmazlığı yaranır. Bununla bağlı dövlətimiz tərəfindən lahiyələr hazırlanır. Layihədə nəzərə tutulub ki, muzdlu işçilər siyahıya alınsınlar, onlara aylıq maaş hesablansın və gələcəkdə təqaüdə çıxdıqları zaman stajları olsun. Bu lahiyələrə əsasən, həm fermer, həm də muzdlu işçi qazanacaq.

© Sputnik / Leyla Abdullayeva Beyləqanda bu il hər hektardan 30,3 sentner pambıq yığılıb
Qızıl qıranların muzdlu işçilərinə pensiya vəd edirlər - Sputnik Azərbaycan
Beyləqanda bu il hər hektardan 30,3 sentner pambıq yığılıb

-  Növbəti illərdə məhsuldarlığın daha da artırılması üçün hansı tədbirlər görülür?

- Cənab prezidentimizin göstərişinə əsasən, artıq kimyəvi mübarizədən bioloji mübarizəyə keçilir. Bu o deməkdir ki, əvvəllər pambıq kimyəvi maddələr hesabına xəstəliklərdən qorunurdusa, bundan sonra bioloji vasitə ilə qorunacaq. Bu zaman trixoqramma həşəratından istifadə olunacaq. 2020-ci ildə Beyləqan rayonunda bioloji laboratoriyaların fəaliyyətə başlaması da gözlənilir. İndidən əminliklə demək olar ki, 2020-ci ildə yüksək məhsuldarlıq olacaq.

- Bizdə olan məlumata görə, Tərtər, Bərdə, Salyan, Neftçala, Ağcabədi, Saatlı yaxşı məhsuldarlığa nail olsalar da, Hacıqabul, Ağsu, Zərdab və Ucar rayonları zəif nəticə göstəriblər. Buna səbəb nədir?

- Həmin rayonlarda da torpaqlar şoranlaşıb və suvarmanın səviyyəsi aşağıdır. Yaxın illərdə torpaqların şoranlaşmadan təmizlənməsi və suvarmanın bərpa edilməsi istiqamətində layihələr hazırlanır.

Xəbər lenti
0